• Çay piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 27 799

Tarix : 26-09-2014, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 q un
100 q yağ
6 x.q. su

İç üçün:
350 q xama
250 qara gavalı
100 q qoz
200 ml. tünd çay
70 q şəkər tozu
1 paket vanilli şəkər (8 q)
40 q un

(23 sm diametri olan forma üçün)

Hazırlanması:
Qara gavalını 4 saat çayda isladın.

Sonra çayı süzün, qara gavalının içinə qoz doldurun.

Xəmir:
yağı unda döyüb ovuntuq halına gətirin (bunu sürətlə etmək lazımdır ki, yağ əriməsin). Su əlavə edib xəmiri əlüstü yoğurun, yayın, içinə perqament qoyulmuş formaya döşəyin, kənarlarını 3 sm qaldırın (kələ-kötür olmasın, artığını bıçaqla kəsin).

Üzərinə qida plyonkası çəkin, 30 dəqiqə soyuducuda saxlayın.

Sobanı 180 dərəcə qızdırın. Formanı soyuducudan çıxarın. Çəngəllə xəmiri deşikləyin ki, şişməsin. Üzərinə yenə perqament çəkin, üstünə noxud və ya lobya tökün, xəmirin üstünə qoyun (xəmir nahamar şişməsin deyə). 15-20 dəqiqə bişirin.

Lobyanı (noxudu) və perqamenti götürün, piroqun üstünə gavalını düzün.

Xama, şəkər tozu, vanilli şəkər və unu qarışdırın, eynicinsli kütlə alınanadək çalın. Bunu gavalının üzərinə bərabər qaydada gəzdirin.

180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə, iç qatılaşanadək bişirin.

Tam soyudun.

Nuş olsun!
Etiketlər: şəkər, üstünə, dəqiqə, çəkin, Üzərinə, içinə, şişməsin, gavalının, gavalını, dərəcə, Xəmir, bişirin, vanilli, xəmiri, perqament, qoyun, xəmirin, nahamar, tökün, xəmir
BİZİ İZLƏYİN