• Südlü nuriyyə resepti

Reseptin məlumatları Baxış sayı: 5 694

Tarix : 7-02-2019, 12:00

Bölmə : Piroq və Kekslər / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:
1 çay stəkanı su.
1 çay stəkanı sulu ev qatığı,
1 çay stəkanı maye yağ,
2 yumurta,
1 çay qaşığı duz,
Yarım paket qabartma tozu,
4 su stəkanı qədər un,
Arasına səpmək üçün:
200 qr fındıq,

şərbəti üçün:
2 stəkan su,
2,5 stəkan süd,
4 stəkan şəkər,

Üzəri üçün:
1 stəkan duru yağ,
1 çay stəkanı kərəb yağı,

Hazırlanması:
Xəmir üçün lazım olan ərzaqların köməyi ilə qulaq məməsi yumşaqlığında bir xəmir hazırlayın.
Xəmiri 20 bərabər parçaya ayırıb yarım saat qədər dincə qoyun.
Xəmirləri tək- tək və ya 2 li olaraq nişasta və un qarışığı səpərək aça bildiyiniz qədər incə açın.
28 sm diametrində bir nimçəyə döşəyin.
Nimçədən kənarda qalan qisimləri kəsib aralara yerləşdirin.
Yaymaların yarısı tamamlandığında bolca əzilmiş fındıq səpin.
Qalan xəmirləri da açıb yenidən üzərinə döşəyin.
İri kvadrat şəklində dilimləyin.
Üzərinə əridilmiş kərə yağı və maye yağı soyuq və ya ilıq olaraq gəzdirin.
Əvvəldən 180 dərəcə isidilmiş fırında qızarana qədər bişirin.
Şərbəti hazırlayın.
Orta atəşdə 20 dəqiqə qaynatmaq yetərlidir.
Azca soyutduğunuz şərbəti, soyuyan şirinin üzərinə tökün.
Ən az 3-4 saat sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, stəkan, qədər, fındıq, üzərinə, hazırlayın, olaraq, şərbəti, Xəmiri, döşəyin, kvadrat, Yaymaların, şəklində, Üzərinə, yerləşdirin, əridilmiş, yarısı, dilimləyin, xəmirləri, əzilmiş
BİZİ İZLƏYİN