• Qəzet piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 936

Tarix : 6-10-2014, 19:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Əslində, bu, gavalı piroqudur. Maraqlı tarixçəsi var: deyirlər ki, 1983-cü ildən 1995-ci ilədək ev xanımlarının çoxsaylı xahişilə onun resepti "New York Times" qəzetində dəfələrlə nəşr edilib. Nəhayətdə redaktorun səbri tükənib və resepti sonuncu dəfə bu xahişlə birlikdə dərc edib: "Sonuncu dəfə çap edirik. Daha olmayacaq. Xahiş edirik, resepti kəsib, kağızı laminasiya edin, soyuducunuzun üstündən asın".

Hekayə nə qədər doğrudur, bilmirik, amma bu qədər istək alıbsa, adı da "qəzet" piroqu qalıbsa, yəqin, hələ çoxlarının xoşuna gələcək.

Tərkibi:
Xəmir üçün:

1 st. un
2/3 st. şəkər tozu
120 q. kərə yağı
2 yumurta
1 ç.q. qabartma tozu
1 çimdik duz

İç üçün:
10-12 ədəd gavalı
2 x.q. şəkər tozu
1 ç.q. darçın

Hazırlanması:
Yumşalmış yağı şəkər tozu ilə çalın.
Qəzet piroqu resepti - FOTO RESEPT


Duz, bir-bir yumurta əlavə edərək çalın.
Qəzet piroqu resepti - FOTO RESEPT


Tədricən qabartma tozu ilə qarışdırılmış un əlavə edərək qaşıqla qarışdırın.
Qəzet piroqu resepti - FOTO RESEPT


Gavalıları ortadan bölün, dənələrini çıxarın.
Qəzet piroqu resepti - FOTO RESEPT


Sobanı 180 dərəcə qızdırın. 24 sm diametri olan formanı yağlayın, içinə un səpin (silikondursa, lazım deyil). Xəmiri qoyub hamarlayın. Üstünə gavalıları kəsiyi yuxarı olmaqla düzün. Üzərinə darçınla qarışdırılmış şəkər tozu səpin.
Qəzet piroqu resepti - FOTO RESEPT


25-30 dəqiqə bişirin. Formadan çıxarmadan soyudun.
Qəzet piroqu resepti - FOTO RESEPT

Qəzet piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, resepti, qarışdırılmış, qədər, səpin, edərək, çalın, qabartma, yumurta, əlavə, edirik, gavalı, Gavalıları, qarışdırın, qaşıqla, ortadan, dənələrini, çıxarın, darçınla, dəqiqə
BİZİ İZLƏYİN