• Şokolad və albalı ilə ştrudel resepti

Reseptin məlumatları Baxış sayı: 3 302

Tarix : 1-10-2019, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
İçlik üçün:
Albalı (dondurulmuş olar) 500 q
Tünd şokolad (sürtkəcdən keçirdilmiş) 50 q
Şəkər 100 q
Limon qabığı (sürtkəcdən keçirdilmiş) 1 ç.q.
Bir çimdik darçın
Kərə yağı 45 q
Çörək qurusu (əzilmiş) 45 q

Xəmir üçün:
Un 225 q
Zeytun yağı 25 ml
Su 1/2 stəkan
Bir çimdik duz
Əlavə:
Şəkər pudrası
Şokolad

Hazırlanması:
Albalının çəyirdəklərini çıxardın, kəsada şəkər, şokolad, darçın, limon qabığı, yağ və çörək qurusu (suxari) ilə qarışdırın. Un, zeytun yağı, qaynar su və duzu qarışdırın xəmir üçün. Xəmiri açın. Üzərinə içliyi düzün, xəmirin qıraqları boş qalmalıdır. Rulet kimi bükün. Siniyə yağ çəkin və üzərinə kağız düzün. Ruleti siniyə yerləşdirin. Xəmiri çəngəl ilə deşin, 200 dərəcədə 40 dəqiqə bişirin. Soyudun. Zövqə uyğun şəkər pudrası və ya şokolad səpə bilərsiz üzərinə.

Nuş olsun!
Etiketlər: şokolad, pudrası, qurusu, darçın, şəkər, Xəmiri, üzərinə, düzün, çimdik, qarışdırın, Şəkər, qabığı, sürtkəcdən, keçirdilmiş, çəkin, kağız, Albalı, bükün, qıraqları, qalmalıdır
BİZİ İZLƏYİN