• Kəsmikli blinçik piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23923

Tarix : 2.06.2014, 14:02

Bölmə : Piroq və Kekslər, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4




Tərkibi:
10-12 ədəd hazır nazik blinçik
500 q kəsmik
1-2 x.q. şəkər tozu
1 yumurta
1 paket vanilli şəkər
ərik qurusı və ya kişmiş

Üzərinə:
2 yumurta
2-3 x.q. şəkər tozu
3 x.q. xama

Hazırlanması:
Sevdiyiniz reseptlə blinçik hazırlayın. Elə bir resept əlinizin altında yoxdursa, şirin və duzlu blinçiklərin hazırlanma qaydasından istifadə edə bilərsiniz.

İç hazırlayın. Bunun üçün kəsmiyi yumurta, şəkər tozu, vanilli şəkərlə çalın, doğranmış ərik qurusu əlavə edib qarışdırın.

İçi blinçiklərin içinə qoyub rulet kimi bükün.

Formanı yağlayın. Blinçik ruletlərini formaya spiral kimi düzün.

Yumurtanı şəkər tozuyla çalıb xama əlavə edin, eynicinsli kütlə alınınca qarışdırın.

Piroqun üzərinə bərabər şəkildə yayın. 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Kəsmikli blinçik piroqu resepti - FOTO RESEPT

Nuş olsun!
loading...

Etiketlər: şəkər, yumurta, vanilli, hazırlayın, əlavə, blinçiklərin, blinçik, qarışdırın, düzün, spiral, Yumurtanı, tozuyla, formaya, Formanı, bükün, rulet, çalıb, yağlayın, Blinçik, ruletlərini
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN