• Şokoladlı-halvalı hörük resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 539

Tarix : 30-04-2015, 15:00

Bölmə : Piroq və Kekslər / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
xəmir:

3.5 st. un (500 q)
1 x.q. quru maya (və ya 25 q yaş maya)
1/2 st. (100 q) şəkər tozu
100 q kərə yağı
2/3 st. (160 ml) isti süd
2 yumurta
1/2 ç.q. duz

iç:
1,5 plitka şokolad
250 q halva
başqa variant: 1.5 banan + 1 ovuc xırdalanmış qoz

Hazırlanması:
Unla mayanı qarışdırın.
Şəkər tozu və yumurtanı əlavə edib mikserlə qarışdırın.
Süd və kərə yağını mikrodalğalı sobada 1 dəqiqə qızdırın və xəmirə əlavə edin.
Xəmiri mikserlə 5 dəqiqə çalın.
Üzərinə dəsmal çəkib isti yerdə yarım saat saxlayın. Sonra isə soyuducuya qoyub minimum 4 saat saxlayın. Alternativ variant: 2 saat isti yerdə saxlayın, yayarkən isə daha çox un istifadə edin.
Xəmiri azca un səpməklə yayın (eni 3, uzunu 2 şokolad plitkası uzunluqda). Artıqlarını bıçaqla kəsib hamarlayın (düzbucaqlı olmalıdır).
Xəmiri oxlova büküb perqament döşənmiş siniyə qoyun, açın.
Xəmirin tam ortasında 1,5 şokolad plitkasını yerləşdirin. Bıçaqla kənarlarını bəlirləyin (kəsməyin, konturunu cızın).
Bu konturun içinə halvanı qoyun. Üzərinə isə 1,5 şokolad plitkasını.
Halva yerinə banan və xırdalanmış qoz götürə bilərsiniz.
Konturdan kənardakı xəmiri 1 kubik şokolad enində (bu, vacibdir) şəridlərə doğrayın. Yuxarı və aşağı başlarda yer qoymağı unutmayın.
Hörük: aşağı və yuxarı hissələrdəki xəmiri içəriyə doğru qatlayın. Kənardakıları isə azacıq dartıb uzadaraq bir-birinin üzərinə qatlayın.
Hazır hörüyün üzərinə dəsmal örtüb yarım saat isti yerdə saxlayın. Sonra üzərinə yumurta çəkin, 170-180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Şokoladlı-halvalı hörük resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: şokolad, saxlayın, dəqiqə, üzərinə, Xəmiri, yerdə, plitkasını, aşağı, sobada, xəmiri, Üzərinə, dəsmal, mikserlə, qoyun, qatlayın, Sonra, yarım, banan, yumurta, əlavə
BİZİ İZLƏYİN