• Şokoladlı piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 6883

Tarix : 1.11.2016, 22:00

Bölmə : Piroq və Kekslər, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. un (500 q)
1 ç.q. quru maya
1 çimdik duz
50 ml qaynar su
50 ml yoqurt
50 ml şəkər tozu
50 q əridilmiş yağ
80 ml portağal şirəsi
1 yumurtanın sarısı
3 dolu x.q. şokoladlı pasta (nutella, yaxud sürtgəcdən keçirilmiş şokolad)

Hazırlanması:
Yoqurta qaynar su, 1 x.q. şəkər tozu əlavə edib qarışdırın, mayanı qatıb 5 dəqiqə saxlayın. Əridilmiş kərə yağını, şəkər tozunun qalanını, duz, portağal şirəsi və un qatıb xəmir yoğurun. Xəmir yumşaq və elastik alınmalıdır. Üzərinə dəsmal çəkib 1,5 saat isti yerdə saxlayın.

Xəmir gələndən sonra 4 yerə bölün. Yayıb 23 sm-lik dairələr kəsin. Artıqlarını atmayın, bəzək üçün gərək olacaq.

Birinci dairəni perqamentin üzərinə qoyub üzərinə 1 dolu xörək qaşığı şokoladlı pasta çəkin (kənarından 3 sm aralı olmaq şərtilə). Xəmirləri üst-üstə qoyub hər birinin üzərinə şokoladlı pasta çəkin. Sonuncunun üzərinə pasta çəkmək lazım deyil. Ortadan başlayaraq kənarlara doğru doğrayın, kənarlardan 3-4 sm yer saxlayın, yəni sonadək kəsməyin.

Hər bir seqmenti spiral kimi bükün.

Bəzək - xəmirdən ortaboy dairə yayın. Ortasını saxlayıb kənarlarını 4 seqmentə ayırın. Ortasına xəmirdən kiçik kündə qoyun, sonra seqmentlərin kənarlarını kürənin ətrafına dolayaraq qızılgül forması verin. Bu "qızılgül"ü piroqun ortasına qoyun. Xəmirdən 3 "yarpaq" düzəldib "gül"ün ətrafına yerləşdirin.

Piroqun ağ hissələrinə çalınmış yumurta sarısı çəkin. İsti yerdə 20 dəqiqə saxlayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: saxlayın, pasta, üzərinə, şokoladlı, şəkər, çəkin, dəqiqə, qoyun, qızılgül, Xəmir, sonra, qoyub, xəmirdən, kənarlarını, qatıb, yerdə, ətrafına, qaynar, portağal, sarısı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica