• Balqabaqlı düyü keksi resepti

Reseptin məlumatları Baxış sayı: 15 885

Tarix : 18-01-2016, 11:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 su stəkanı
küp şəklindədoğranmış balqabaq,
1 su stəkanı düyü,
3 su stəkanı su ,
4 şorba qaşığı toz şəkər,
1 paket vanil,
2 şorba qaşığı buğda nişastası ,

Pandispaniya üçün:
3 dənə yumurta,
Yarım su stəkanı toz şəkər,
4-5 damla limon suyu ,
Yarım limonun rəndələnmiş qabığı,
1 su stəkanı un ,

Üzəri üçün:
Pudra şəkəri ,

Hazırlanması:
Pandispaniya üçün yumurta və toz şəkəri çırpma teli ilə qatı bir kütlə alınana qədər çırpın.
Limon suyu və limon qabığı ilavə edib qarışdırın. Üzərinə unu ələyərək taxta qaşıqla qarışdırın.
25 sm-lik yuvarlaq keks qəlibinə töküb , əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 20 dəqiqə bişirin. Pandispaniya soyuyunca eninə ortadan ikiyə kəsin.
Ayrı bir yerdə yuyulub süzülmüş düyünü qazana alın . Su əlavə edib bişməyə qoyun.
Toz şəkər və balqabağı əlavə edib , qabaq yumşalana qədər vam odda bişirin.
Buğda nişastasını yarım su stəkanı suda əridib balqabaqlı düyüyə əlavə edin.
Vanilini əlavə edib qarışdırın və ocaqdan alın. Pandispaniyanın birinci qatını streç filmlə örtülmüş siniyə yerləşdirin.
Üzərinə balqabaqlı düyünü yayıb , ikinci qat pandispaniya ilə qapadın.
Soyuducuda bir gecə saxlayın. Ertəsi gün servis tabağına qoyun.
Üzərinə pudra şəkəri səpin.
Dilədiyiniz şəkildə bəzəyərək soyuq halda servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, qarışdırın, şəkər, şəkəri, Üzərinə, servis, qabığı, limon, Yarım, balqabaqlı, Pandispaniya, yumurta, qoyun, qədər, düyünü, bişirin, şorba, qaşığı, Vanilini
BİZİ İZLƏYİN