• Kəsmik və gilənarla lavaş ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 15 313

Tarix : 3-02-2016, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q yağsız kəsmik
100-150 q şəkər tozu
70 q qaymaq
1 ç.q. vanilli şəkər tozu
300 q dondurulmuş gilənar
nazik lavaş
yumurta
şəkər pudrası

Hazırlanması:
Kəsmiyi şəkər tozu, vanil və qaymaqla çalın (ya mikserlə, ya da blenderdə).
Gilənar əlavə edib yaxşıca qarışdırın.
Gilənarın donunu açmaya da bilərsiniz.
Kəsmikli qarışığı iki yerə bölün.
Hərəsini bir lavaşın üzərinə çəkin.
Ayrı-ayrılıqda rulet kimi bükün, üzərinə çalınmış yumurta çəkin, 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, ruletlər qızılı rəng alanadək bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, çəkin, üzərinə, yumurta, lavaşın, ayrılıqda, rulet, Hərəsini, bilərsiniz, Kəsmikli, qarışığı, bölün, bükün, dərəcə, qızılı, alanadək, bişirin, olsun, ruletlər, dəqiqə
BİZİ İZLƏYİN