• Moxito piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 14 058

Tarix : 19-01-2016, 15:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
200 q un
100 q kərə yağı
100 q şəkər pudrası
1 yumurta

iç:
125 q şəkər tozu
1 dəstə nanə
1 laymın sedrası
3 laymın şirəsi
2 x.q. rom
2 yumurta
200 ml 35%-li qaymaq

bəzək:
50 q şəkər tozu
nanə
rom

Hazırlanması:
Un, kərə yağı, şəkər pudrası və yumurtadan şəkərli xəmir hazırlayın. Formaya döşəyib 1 saat soyuducuda saxlayın.

Nanəni azca əzərək şəkər tozu ilə qarışdırın, 10 dəqiqə saxlayın. 1 laymın sedrasını əlavə edib bir qədər də əzin, nanə yarpaqları çox dağılmasın, iyi çıxsa, yetər.

Nanəni çıxarın, laym şirəsini və romu əlavə edin.

Yumurtaları əlavə edib yaxşıca qarışdırın. 30 dəqiqə saxlayın.

Soyuducuya qoyduğunuz formanı çıxarın, xəmiri bir neçə yerdən deşin, üzərinə yük qoyub 12 dəqiqə 200 dərəcə qızdırılmış sobada bişirin, sonra yükü götürüb daha 7-10 dəqiqə bişirin.

Yumurtalı qarışığa qaymağı əlavə edib qarışdırın. Sobanın temperaturunu 180 dərəcəyədək azaldın, formanı sobadan tam çıxarmadan qarışığı içinə tökün, 25-30 dəqiqə bişirin.

Piroqu tam soyudun.

Nanəli şəkər hazırlayın: həvəngdəstədə nanə və şəkər tozuna rom qataraq əzin. Piroqu süfrəyə verərkən üzərinə bu şəkərdən səpin.

Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, əlavə, qarışdırın, saxlayın, laymın, bişirin, Piroqu, çıxarın, üzərinə, formanı, hazırlayın, Nanəni, xəmir, pudrası, yumurta, qarışığa, qaymağı, temperaturunu, Sobanın
BİZİ İZLƏYİN