• Qatılaşdırılmış südlə rulet resepti

Reseptin məlumatları Baxış sayı: 61 743

Tarix : 5-12-2015, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
4 x.q. şəkər tozu
4 x.q. un
1 paket vanil
1 banka bişmiş qatılaşdırılmış süd

Hazırlanması:
Yumurta ilə şəkər tozunu həcmi 4 dəfə artanadək çalın. Vanilli şəkəri, ələnmiş unu əlavə edərək qaşıqla aşağıdan-yuxarı olmaqla səliqəylə qarışdırın. Dairəvi və uzun müddət qarışdırmayın.

Perqament döşənmiş formaya töküb yayın, 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobadan çıxaran kimi bişmiş qatılaşdırılmış südü çəkib rulet kimi bükün.

15 dəqiqə sonra ruleti süfrəyə verə bilərsiniz. Amma bir neçə saat saxlasanız, daha dadlı olar.

Nuş olsun!
Etiketlər: dəqiqə, qatılaşdırılmış, bişmiş, şəkər, qızdırılmış, sobada, Perqament, bişirin, dərəcə, yayın, formaya, töküb, Sobadan, döşənmiş, rulet, bilərsiniz, saxlasanız, dadlı, olsun, süfrəyə
BİZİ İZLƏYİN