• Qozlu üzümlü keks resepti

Reseptin məlumatları Baxış sayı: 17 746

Tarix : 21-06-2016, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
3 ədəd yumurta
125 qr marqarin
1 stəkan süd
8 yemək qaşığı pudra şəkəri
2 stəkan un
1 qəhvə fincanı tumsuz üzüm
1 stəkan qoz
1 paket vanil
1 paket qabartma tozu
1 limon qabığı rəndəsi

Hazırlanması:
Yağ və pudra şəkərini bir kasaya qoyun.
Ağlaşana qədər qarışdırın.
Yumurtaları tək-tək qırıb yağa qatın.
Üzərinə südü əlavə edin. Unu ələyin.
Döyülmüş qoz və üzümləri qarışdırın.
Limon qabığı rəndəsi, vanil və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın.
Marqarini yağlanılmış keks qablarına töküb əvvəldən isidilmiş 180 dərəcədəki sobada 40 dəqiqə qədər bişirin.
Soyuduqdan sonra qabları çıxarıb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: stəkan, qarışdırın, vanil, paket, qabartma, qabığı, rəndəsi, əlavə, qədər, pudra, Limon, tozunu, əvvəldən, töküb, Marqarini, yağlanılmış, qablarına, isidilmiş, yaxşıca, sobada
BİZİ İZLƏYİN