• Pankeyk resepti

Reseptin məlumatları Baxış sayı: 18 696

Tarix : 24-07-2014, 03:27

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan un (150 qram)
3 xörək qaşığı şəkər tozu
Bir çimdik duz
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı çay sodası
3 xörək qaşığı kərə yağı
1 yumurta
1 stəkan qatıq
Stəkanın dörtdə biri qədər süd

Hazırlanması:
Un, şəkər tozu, duz, qabartma tozu və çay sodasını iri qabda qarışdırın.
Kərə yağını əridib soyudun. Unlu qarışığa əlavə edin.
Yumurtanı da yüngülvari çırpıb buraya qatın.
Qatıq və südü də əlavə edib qaşıqla qarışdırın. Kütləni çalmayın.
Əgər qatıdırsa, bir qədər də süd əlavə edib qarışdırın.
Teflon tavanı istidin. İstinən kimi üstünə bir az duru yağ və ya kərə yağı gəzdirin. Hazır xəmirdən hər pankeyk üçün təxminən 2 dolu xörək qaşığı doldurub bir birindən məsafəli olaraq tavaya tökün. Bir tərəfi qızaran kimi, digər tərəfinə çevirib qızardın.
Hazır pankeykləri pankeyk sousu, şokolad sousu, qaymaq və mürəbbə şirəsi ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, qarışdırın, xörək, şəkər, pankeyk, qədər, Hazır, sousu, stəkan, qabartma, olaraq, məsafəli, tərəfi, tökün, tavaya, doldurub, üstünə, gəzdirin, xəmirdən
BİZİ İZLƏYİN