• Paxlava çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 9284

Tarix : 3.02.2017, 22:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Qazmaq üçün:
4 yemək qaşığı əridilmiş yağ
Yuxa üçün hazır xəmirlər (20 ədəd)

Çizkeyk üçün:
220 qram yumuşaldılmış krem pendir
2/3 fincan şəkər
2 yemək qaşığı un
3 ədəd yumurta
2/3 fincan xama
6 yemək qaşığı bal
½ çay qaşığı darçın

Qozlu əlavə üçün:
¾ fincan incə doğranmış qoz
3 çay qaşığı darçın
6 yemək qaşığı əridilmiş yağ
10 yemək qaşığı bal

Hazırlanması:
Sobanı 150 dərəcə qızdırın.
Dərin bir kasada krem pendiri şəkəri və unu birlikdə yaxşıca çalın.
Yumurtaları bir-bir əlavə edib çalmağa davam edin.
Xamanı, balı və darçını əlavə edin və yaxşıca həll olunanadək asta sürətlə çalın.
Orta ölçülü bir kasada ½ fincan doğranmış qozu, 2 çay qaşığı darçını, 4 yemək qaşığı ərinmiş yağı və 6 yemək qaşığı balı qarışdırıb kənara qoyun.
Sobanın tavasına folqa kağızı sərib buxar üçün hazır saxlayın.
Yuxa üçün hazır xəmirləri açaraq əvvəlcə bir nəmli dəsmalın üzərinə sərərək qurumasını gözləyin və sonra tavaya sərin.
Arasına ərinmiş yağı çəkin.
Qatlar hazır olduqdan sonra üzərinə çizkeyklərin bir miqdarını doldurun.
Üzərindən də qozlu qarışımı əlavə edin.
Qalan çızkeyki də eyni qaydada qozun üstündən tökün.
Bu tavani folqa ilə örtülmüş tavaya isti su əlavə edərək buxarlanması üçün həmin tavanın içinə yerləşdirin.
Və 50-60 dəqiqə ərzində bu vəziyyətdə sobaya bişməyə qoyun.
Sobadan çıxardıqdan sonra tamamən soyumasını gözləyin.
Son olaraq da qalan ¼ fincan qozu, 1 çay qaşığı darçını, 2 yemək qaşığı əridilmiş yağı və 4 yemək qaşığı balı qarışdıraraq üzərinə əlavə edin.

Nuş olsun!

Etiketlər: qaşığı, yemək, əlavə, fincan, hazır, darçını, üzərinə, əridilmiş, sonra, ərinmiş, kasada, folqa, çalın, gözləyin, doğranmış, yaxşıca, tavaya, darçın, qoyun, Qalan
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN