Tərkibi:2,5 stəkan un
2 stəkan şəkər tozu
200 qr kərə yağı
4 ədəd yumurta
600 qr kəsmik
0,5 çay qaşığı soda
1,5 qr vanil
Hazırlanması:Bir qabda un, 1 stəkan şəkər tozu, soda və kərə yağını əlinizlə ovuşdurun. Unlu ovuntunun 1/3 hissəsini diametri 20-22 sm olan formaya (kənarları açılan) əlinizlə basaraq formanın ortasına və kənarlarına yayın.
İçlik üçün kəsmik, yumurta, vanil 1 stəkan şəkər tozunu mikserlə yaxşıca çırpın. Kəsmikli kütləni formaya yayılmış unlu ovuntunun üstünə tökün. Qalan unlu ovuntunu da içliyin üzərinə səpin. Əvvəlcədən 180 dərəcə qızıdırlmış sobada 35-40 dəqiqə bişirin. Çizkeyki sobadan götürün və soyuması üçün kənara qoyun. Formanın kənarlarını açın və dilimləyərək süfrəyə verin. Zövqə görə üzərini giləmeyvə, meyvəli sous və ya şokoladla bəzəyə bilərsiniz.
Nuş olsun!
Etiketlər: verqunları, Verqunların, stəkan, şəkər, vanil, əlinizlə, formaya, kəsmik, ovuntunun, yumurta, bişirin, götürün, soyuması, dəqiqə, sobadan, Çizkeyki, qızıdırlmış, səpin, Əvvəlcədən, dərəcə, kənara, sobada