• Krem pendir və ballı yerkökü keksləri resepti

Reseptin məlumatları Baxış sayı: 12 138

Tarix : 31-01-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keks üçün:
Perqament kağız
½ fincan qoz
½ fincan un
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı soda
2 çay qaşığı balqabaq baharatı
¼ çay qaşığı duz
½ fincan qəhvəyi şəkər
¼ fincan toz şəkər
2 ədəd yumurta
½ fincan kanola yağı
2 yemək qaşığı təzə sıxılmış portağal suyu
¾ fincan soyulmuş və rəndələnmiş yerkökü
½ fincan ağ kişmiş
¼ fincan iri doğranmış qaysı

Dondurulmuş krem üçün:
220 qram krem pendir,otaq temperaturunda
1/3 fincan xama
½ fincan şəkər
2 yemək qaşığı bal
Bəzək üçün narıncı və yaşıl rəngli qida jeli

Hazırlanması:
Sobanı 220 dərəcəyədək qızdırın. Kiçik keks qablarına perqament kağızları sərin.
Qozları qızılı rəng alanadək sobada qovurun,soyuduqdan sora taxta üzərində iri şəkildə doğrayın.
Orta ölçülü bir kasada un, qabartma tozu,soda, balqabaq bahartı və duzu biryerdə qarışdırın. Dərin bir kasada yumurta, şəkər, yağ və portağal suyunu qarışdırın.
Əvvəlcədən hazırladığınız un qarışımını üzərinə əlavə edib yaxşıca qarışdırın.
Yerkökü, kişmiş və qaysını qozla birgə üzərinə tökün. Hazır xəmiri kiçik keks qablarına tökün və 20-25 dəqiqə sobada bişirin.
Bişdikdən sonra tamamən soyumasını gözləyin.
Kekslər soyuyanacan üzərinə əlavə edəcəyiniz dondurulmuş kremi hazırlayın. Bunun üçün krem pendiri və xamanı mikserlə çalın üzərinə şəkər və bal əlavə edib qarışdırın.
45 dəqiqə soyuduca qoyub donmasını gözlədikdən sonra kekslərin üzərinə əlavə edin.
Yerkökü bəzəyi üçün: bəzək üçün nəzərdə tutlmuş narinci və yaşıl jelləri ucu kəsik kiçik bir kagız torbaya töküb keksin üzərinə yerkökü formasında naxışlar çəkərək bəzəyin.

Nuş olsun!
Etiketlər: fincan, qaşığı, üzərinə, şəkər, qarışdırın, əlavə, kiçik, dəqiqə, yerkökü, yaşıl, sobada, qablarına, kasada, sonra, kişmiş, qabartma, portağal, balqabaq, Yerkökü, yumurta
BİZİ İZLƏYİN