• Bananlı rulet resepti

Reseptin məlumatları Baxış sayı: 44 439

Tarix : 8-08-2014, 23:40

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
0,5 st. şəkər tozu
1 ç.q. vanil cövhəri
0,5 st. un
2 ç.q. kərə yağı
2 ç.q. bal
1/4 st. çalınmış qaymaq
1 banan
sukat, giləmeyvə, şokolad ovuntuğu - istəyə görə

Hazırlanması:
Yumurtaları şəkər tozu və vanillə eynicinsli kütlə alınanadək çalın. Az-az unu əlavə edərək qarışdırın. Yumşaldılmış kərə yağı və bal əlavə edin.

Yenə yaxşıca çalın.

Sobanı 180 dərəcə qızdırın. Sinini kərə yağıyla yağlayın, xəmiri tökün. 10-15 dəqiqə bişirin. Korj azca qızarmalıdır, amma baxın ki, qıraqları qurumasın.

Korju otaq temperaturunadək soyudun.

Üzərinə çalınmış qaymaq çəkin. Nazik fal-fal doğradığınız bananı düzün, ruleti sıx büün.

Üzərinə şərbət çəkib şəkər pudrası səpin, şokolad ovuntuğu səpin. Giləmeyvə və sukatla da bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, ovuntuğu, Üzərinə, çalın, şokolad, əlavə, səpin, çalınmış, qaymaq, çəkin, Nazik, bişirin, baxın, qızarmalıdır, temperaturunadək, qurumasın, doğradığınız, Korju, qıraqları, soyudun
BİZİ İZLƏYİN