• Dalmatin piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 7588

Tarix : 31.03.2017, 22:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
800 q kəsmik
3/4 st. şəkər tozu
3 yumurta
1 paket vanilli şəkər tozu
2 x.q. kərə yağı
3 x.q. nişasta
3 x.q. mannı yarması
1 çimdik duz
2 x.q. un
1 x.q. kakao

bəzək:
50 q bəyaz şokolad
2 x.q. qaymaq
20 q tünd şokolad

Hazırlanması:
Kəsmiyi yumurta sarıları, şəkər tozu, vanil, kərə yağı, nişasta və mannı əlavə etməklə blenderlə çalın.

Yumurta ağlarını duz ilə möhkəm çalın. Səliqə ilə kəsmikli qarışığa əlavə edin.

Bu qarışıqdan 3 x.q. ayırıb unla kakao qatın, yaxşıca qarışdırıb kürə və ürək formasında kündələr tutun.

Kəsmikli qarışığı perqament döşənmiş formaya tökün. Hazırladığınız kürə və "ürək"ləri içinə "basdırın" (müxtəlif səviyyələrdə, bəzilərini dərin, bəzilərini üzdə qoyun).

180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Formada soyudun.

Su hamamında tünd şokoladı əridib perqamentin üzərində onunla ürək və halqalar çəkin.

Bəyaz şokoladı su hamamında əridib qaymaqla qarışdırın. Bunu piroqun üzərinə çəkin. Soyuyub bərkimiş tünd rəngli "ürək" və "halqa"larla bəzəyin.

Nuş olsun!

Etiketlər: şəkər, çəkin, əlavə, şokolad, əridib, şokoladı, bəzilərini, hamamında, kakao, çalın, yumurta, mannı, nişasta, sobada, qızdırılmış, təxminən, dəqiqə, Formada, bişirin, dərəcə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN