• Şokolad souslu keks resepti

Reseptin məlumatları Baxış sayı: 10 456

Tarix : 1-05-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günay


Tərkibi:
Keks üçün:
3-4 ədəd yumurta (ölçüsündən asılı olaraq),
1.5 st şəkər tozu,
1 st süd (tam dolu olmayan),
1 armudu st duru yağ (tam dolu olmayan),
2 st un,
1 paket vanil,
1 paket qabartma tozu

Şokoladlı sous üçün:
2 st süd,
1 st şəkər tozu,
2 x.q. kakao,
1 x.q. un,
1 armudu st damla şokolad

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə süd, yağ və vanil əlavə edilib qarışdırırıq. Son olaraq qabartma və un əlavə edib, qatı məhlul halını alana kimi çalırıq. Keksi bişirəcəyimiz qabı yağlayırıq və üzərindən un səpirik. Hazırladığımız xəmiri keks qabına tökəərək 180 dərəcə istilikli sobada 35-40 dəqiqə bişiririk.

*Qeyd. Bişirmə temperaturu və vaxt sobadan asılı olaraq dəyişə bilər.

Bu müddət ərzində şokoladlı sousu hazırlaya bilərsiniz. Sous üçün qeyd olunmuş bütün ərzaqları (damla şokoladdan başqa) qazana töküb mikserlə çalırıq. Daha sonra orta odda müntəzəm olaraq qaşıla qarışdıraraq puding kimi bişiririk. Qaynadıqda damla şokoladı əlavə edib, qarışdırmağa davam edirik. Hazır olduqdan sonra kənara qoyub, soyumasını gözləmək lazımdır.

*Qeyd. Damla şokolad əvəzinə tünd şokolad plitkasının yarısını istifadə edə bilərsiniz.

Soyuduqdan sonra keksin üzərinə töküb, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: olaraq, çalırıq, damla, sonra, şokolad, əlavə, bilərsiniz, şəkər, mikserlə, töküb, yumurta, vanil, asılı, bişiririk, olmayan, armudu, paket, qabartma, puding, şokoladı
BİZİ İZLƏYİN