• Kremli, çiyələkli tartalet resepti

Reseptin məlumatları Baxış sayı: 5 372

Tarix : 23-05-2017, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 qram kərə yağı
280 qram un
100 qram şəkər tozu
1 yumurta
1 çimdik duz
1paket vanil
280 qram un

İç üçün:
200 qram süd
50 qr şəkər
25 qram un
3 yumurta sarısı
çiyələk meyvəsi

Hazırlanması:
Kərə yağını mikserlə çalın.
Şəkər tozu və vanilin yarısını əlavə edin.
1 yumurta əlavə edib yenidən çalın.
280 qram un əlavə edin və xəmiri əllə yöğurun.
Bərk yağlı xəmir alınmalıdır.
Sonra onu qida kağızına büküb 30 dəqiqə soyuducuda saxlayın.
Tart formalarını yağlayın.
Xəmirdən balaca kündələr kəsib formanın içinə elə yerləşdirin ki, divarları tamamilə tutulsun.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə qızılı rəng alana qədər bişirin.
Içi hazırlamaq üçün yumurta sarısı şəkər və vanili mikserlə çalın.
Südü əlavə edib qarışdırmağa davam edin.
Sonra bu qarışığı aşağı odda qaynayana qədər qarışdırın və 25 qram un əlavə edin.
Kreminiz hazırdır.
Soyuduqdan sonra tartların içini kremlə doldurun.
Üzərinə bəzək üçün doğranmış çiyələk qoyun.

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, şəkər, çalın, dəqiqə, qədər, Sonra, mikserlə, çiyələk, sarısı, hazırlamaq, vanili, qarışdırmağa, bişirin, davam, alana, isidilmiş, sobada, qarışığı, qızılı
BİZİ İZLƏYİN