• 5 dəqiqədə hazırlanan fincan keks resepti

Reseptin məlumatları Baxış sayı: 5 965

Tarix : 13-06-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd yumurta·
1 stəkan şəkər tozu·
1 stəkan süd·
3 xörək qaşığı kakao·
1 paket qabartma tozu·
1 paket vanil·
2 stəkan un

Hazırlanması:
Yumurta və şəkər tozunu mikserlə yaxşıca çalın. Süt, un, vanil, qabartma tozunu əlavə edib taxta qaşıqla qarışdırın. Qarışığı qarışdırdıqdan sonra kofe stəkanlarına tökün, ancaq ağzına qədər doldurmayın. Fincanları böyük bir qazana yerləşdirin və fincanların yarısına qədər qazana su tökün. Qazanın qapağını bezə büküb, ağzını örtün. Su qaynayana qədər yüksək dərəcədə, qaynamağa başlayandan sonra vam dərəcədə və 25 dəqiqə müddətində qapağını heç açmadan bişirin. 25 dəqiqə sonra qazanı qazdan götürün və 15 dəqiqə müddətində yenə qapağını açmadan kənarda saxlayın. 15 dəqiqədən sonra kekslərinizi çıxarda bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, qapağını, dəqiqə, qədər, stəkan, tozunu, açmadan, müddətində, paket, tozu·, şəkər, dərəcədə, qazana, tökün, qabartma, ağzını, Qazanın, büküb, örtün, qaynayana
BİZİ İZLƏYİN