• Bananlı çörək resepti

Reseptin məlumatları Baxış sayı: 16093

Tarix : 11.05.2016, 23:00

Bölmə : Meyvəli şirniyyatlar, Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yetişmiş banan
2-4 x.q. süd
110 q adi yoqurt (yaxud qatıq)
350 q un
40 q şəkər tozu
2 ç.q. qabartma tozu
0,5 ç.q. duz
1 ç.q. darçın
60 q kərə yağı
0,5 st. qoz

qlazur:
30 q duzlu kərə yağı
30 q süd
60 q qəhvəyi şəkər tozu
1/4 ç.q. vanil
60-120 şəkər pudrası

Hazırlanması:
Bananı əzib püre halına salın, südlə yoqurtu əlavə edib qarışdırın.

Unu şəkər tozu, qabartma tozu, duz və darçınla qarışdırın. Yağı kubik doğrayın, çəngəllə un qarışığının içində əzin.

Bananlı qarışığı un-yağ qarışığına əlavə edin, eynicinsli kütlə alınanadək qarışdırın. Xırdalanmış qoz əlavə edin, yoğurun, soyuducuda 30 dəqiqə saxlayın.

Sobanı 165 dərəcə qızdırın. Xəmiri formaya qoyub doğrayın.

25-30 dəqiqə, qızılı-qəhvəyi rəng alanadək bişirin. Soyudun, sonra kəsdiyiniz yerlərdən bir də iti bıçaqla keçin.

Qlazur: yağla südü mikrodalğalı sobada 30 saniyə əridin, qəhvəyi şəkərlə vanil, adi şəkər tozu əlavə edib bir daha mikrodalğalı sobada 30 saniyə əridin. Şəkər tozu tam əriməlidir. Şəkər pudrası səpib yaxşıca qarışdırın. Qlazur qatı olmalıdır.

Qlazuru bananlı çörəyin üzərinə çəkin.

Nuş olsun!


Etiketlər: şəkər, qarışdırın, əlavə, qəhvəyi, pudrası, vanil, əridin, mikrodalğalı, dəqiqə, doğrayın, Qlazur, Şəkər, saniyə, sobada, qabartma, bişirin, alanadək, Soyudun, sonra, kəsdiyiniz
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Aliya
benlik deyil wink
18 may 2016 17:02
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN