• Çiyələkli bavaruaz resepti

Reseptin məlumatları Baxış sayı: 13 021

Tarix : 28-06-2016, 15:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4 su stəkanı süd
1,5 su stəkanı toz şəkər
3 yumurta sarısı
2 paket krem şanti
400 qr. çiyələk
2 – 3 marmelad

Sousu üçün:
100 qr. çiyələk
1 su stəkanı toz şəkər

Hazırlanması:
2 su stəkanı südü 1 su stəkanı toz şəkərlə qarışdırıb qaynadın.
Ayrı bir qabın içində 1 /2 su stəkanı şəkərlə yumurta sarısını çırpın.
Südü yavaş-yavaş qarışdıraraq əlavə edin.
Marmeladı parçalayıb 1/2 su stəkanı soyuq suda əridin .
Ərimiş marmeladı südlü yumurtalı qarışığa əlavə edib qarışdırın.
Soyumasını gözləyin. Krem şantini 2 su stəkanı süd ilə çırpın.
Kiçik doğranmış çiyələklə birlikdə sütlü qarışığa əlavə edin.
Hazırladığınız qarışığı kiçik kasalara boşaldın.
Soyuması üçün 3 -4 saat soyuducunda gözlədin .
Sousunu hazırlamaq üçün , çiyələk və şəkəri blendıra qoyub, hamar bir səviyyəyə gələnə qədər qarışdırın.
Çiyələkli bavaruazı tərs çevirərək boşqaba tökün.
Çiyələkli sousla birlikdə süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, çiyələk, çırpın, şəkərlə, yavaş, birlikdə, Çiyələkli, qarışığa, qarışdırın, yumurta, şəkər, Sousunu, gözlədin, blendıra, hazırlamaq, soyuducunda, şəkəri, Soyuması, Hazırladığınız
BİZİ İZLƏYİN