• Almalı tart resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 167

Tarix : 28-06-2016, 10:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Alma – 600 q (4 ədəd)
Şəkər – 3 x.q
Şirin xəmir – 1 kg

İçi üçün:
Marqarin yağı – 125 qr.
Şəkər – 100 qr
Yumurta 2 ədəd
Yumurta ağı 1 ədəd
Badam 125 qr.
Un 25 qr
Likör 4 x.q (badam və ya ərik çəyirdəyi ətirli İtalyan liköru və ya Kanya da ola bilər)

Hazırlanması:
Şirin Xəmir hazırlayın.
Sobanı 170 C-yə tənzimləyin.
Yağ və şəkəri kasaya qoyun və tamamilə qarışana qədər yoğurun daha sonra yumurtasını qırın.
Yumurtalar yaxşıca qarışana qədər yoğurun, unu və badamı əlavə edin.
Yoğurmağa davam edin, daha sonra konyak və ya digər liköru əlavə edin.
Soyuducuda şirin xəmiri götürün və 1/2 incəliyində oxlovla yayın.
Daha sonra yumru bir qaba yerləşdirin lakin çöldə qalan qisimləri kəsməyin.

Almalı tart resepti - FOTO RESEPT

Hazırladığınız qarışığı yarısını dolduracaq şəkildə boçaldın qaba.
Daha sonra bərkləşməsi üçün soyuducuya qoyun.
Almaları şəkildəki kimi doğrayın, incə olmasına diqqət yetirin.

Almalı tart resepti - FOTO RESEPT

Kəsdiyimiz almaları hazırladığımız tartın üzərinə düzün, yerləşdirməyi bitdikdə üzərinə şəkər səpin.
Hazırladığınız məhsulu 25-30 dəqiqəliyinə sobaya qoyun.
Daha sonra sobadan çıxarın və 5 dəqiqə soyumaöa qoyun.
Xəmirin çöldə qalan hissəsini iti bir bıçaqla kəsin.

Almalı tart resepti - FOTO RESEPT

Səliqəli üçbucaq formasında kısib süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: sonra, qoyun, qarışana, üzərinə, əlavə, qədər, liköru, Yumurta, yoğurun, Hazırladığınız, çöldə, Şəkər, qalan, Şirin, Kəsdiyimiz, tartın, yetirin, hazırladığımız, almaları, şəkildəki
BİZİ İZLƏYİN