• Merengi və şokoladla alma deserti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 223

Tarix : 31-03-2017, 20:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
2 alma
8 dilim tünd şokolad
8 ədəd təmizlənib qovrulmuş araxis
2 yumurtanın ağı
3 x.q. (üstsüz) şəkər tozu
şəkər pudrası
limon şirəsi

Hazırlanması:
Almaları yuyub ortadan bölün. Üzərinə limon şirəsi çəkin. Cecəyini çıxarın.

Formanın içinə perqament döşəyib almaları içinə yığın. Cecənin yerindəki çuxura 2 dilim şokoladla 2 araxis qoyun.

200 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə, almalar yumşalınca bişirin.

Yumurta ağlarını şəkər tozu ilə möhkəm çalın. Yəni qaşıqla götürüb tərsinə çevirəndə axmamalıdır. Azca turş olması üçün çalarkən 1 çimdik limon duzu qata bilərsiniz.

Bezeni qənnadı torbasına yığıb almaların üzərinə sıxın. Yenidən sobaya qoyub merengi qızaranadək bişirin.

Bezenin qalanını perqamentin üzərinə sıxıb balaca merengilər bişirə bilərsiniz.

Süfrəyə verərkən desertin üzərinə şəkər tozu səpin.

Merengi və şokoladla alma deserti resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: şəkər, limon, üzərinə, şirəsi, dilim, bilərsiniz, içinə, bişirin, araxis, torbasına, qənnadı, yığıb, almaların, sıxın, şokolad, Bezeni, təmizlənib, çevirəndə, tərsinə, götürüb
BİZİ İZLƏYİN