• Nanəli, çiyələkli, limonlu buz resepti

Reseptin məlumatları Baxış sayı: 3 242

Tarix : 30-05-2017, 20:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 limon
140 qram şəkər
400 qram çiyələk
Nanə yarpağı

Hazırlanması:
Buzlu limon hazırlamaq üçün blendrdə limonu qabıqlı halda şəkər və 500 qram su ilə çalın.
2 dəqiqə limonu pure halına qədər çalın.
Alınmış pureni qaşıqla əzərək şirəsini balaca bir qaba tökün.
Qalan pureni atın.
2 çay q. şirədən kənara bir qaba qoyub qalanını buz dolabında 4 saat saxlayın.
Şirə donduqdan sonra onu yenidən blendrlə çalın və yenə buz dolabında 30 dəqiqə saxlayın.
O bərkiyənə qədər çiyələkləri doğrayın.
Nanə yarpağını xırdalayın.
Sonra çiyələyə xırdalanmış nanə yarpağını və 2 çay q. limon şirəsini qatın.
Limon buzunu qaşıqla nimçəyə qoyub nanəli çiyələk ilə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: çalın, limon, dəqiqə, qədər, qaşıqla, şirəsini, yarpağını, pureni, qoyub, çiyələk, şəkər, dolabında, saxlayın, limonu, çiyələkləri, blendrlə, bərkiyənə, doğrayın, xırdalayın, xırdalanmış
BİZİ İZLƏYİN