• Badamlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 4 152

Tarix : 24-09-2018, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan yarım un
1 stəkan şəkər tozu
150 qr badam içi
1 stəkan kərə yağı
3 yumurta ağı
1 çay qaşığı qabartma tozu
1 çimdik duz

Hazırlanması:
Soba 180 dərəcə qızdırılır. Badamlar mətbəx robotunda tamam üyüdülür. Otaq istiliyində yumşalmış kərə yağı ilə şəkər tozu krem ​​halına gələnə qədər çırpılır. İçinə yumurta ağı əlavə olunub çırılpmağa davam edilir. Qatı krem ​​halına gəlincə içinə ələnmiş un, qabartma tozu, duz, üyüdülmüş badam əlavə olunur və taxta qaşıqla qarışdırılır. Üzərinə yağlı kağız qoyulmuş soba qabına qaşıqla bir-birindən aralı şəkildə qoyulur və üstləri qızarana qədər bişirilir.

Nuş olsun!
Etiketlər: stəkan, ​​halına, qədər, qaşıqla, qabartma, əlavə, şəkər, badam, yumurta, Üzərinə, yağlı, qarışdırılır, taxta, ələnmiş, üyüdülmüş, olunur, kağız, yarım, qoyulmuş, üstləri
BİZİ İZLƏYİN