• Kəpənək peçenyelər resepti

Reseptin məlumatları Baxış sayı: 4 558

Tarix : 7-07-2018, 20:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram un
110 qram kərə yağı (otaq tempraturunda)
50 qram şəkər tozu
1 yumurta
1 xörək qaşığı üyüdülmüş badam
2 xörək qaşığı qarğıdalı nişastası

Hazırlanması:
Şəkər tozu və kərə yağını krem halına gələnə qədər mikser ilə qarışdırın. Sonra sıra ilə yumurta, un, üyüdülmüş badam və qarşıdalı nişastasını əlavə edib xəmir halına gələnə kimi qarışdırın. Unlanmış taxtanın üzərində bir neçə saniyə yoğurun. Streçlə büküb 30 dəqiqə soyuducuda saxlayın. Xəmirin üzərini unlayaraq təxminən 3 mm qalınlığında yayın. Kəpənək formasında olan qəlib ilə kəsin. Onları spatulanın köməyi ilə formasını pozmadan listə yerləşdirin. Bişirməmişdən əvvəl 30 dəqiqə də soyuducuda saxlayın. Belə etdikdə peçenyelər formasını daha yaxşı saxlayacaq. Əvvəlcədən qızıdırılmış sobada 180 dərəcədə bişirin. Üstünü bəzəmk üçün isə hazır şəkildə alacağınız rəngli xəmiri yayıb, eyni qəliblər ilə kəsin. Peçenyelərin üzərinə bal və ya krem çəkərək yapışdırın.

Nuş olsun!
Etiketlər: halına, formasını, qarışdırın, saxlayın, dəqiqə, soyuducuda, kəsin, gələnə, qaşığı, yumurta, üyüdülmüş, badam, xörək, yaxşı, köməyi, Əvvəlcədən, saxlayacaq, peçenyelər, əvvəl, listə
BİZİ İZLƏYİN