• Giləmeyvəli və quru meyvəli peçenye resepti - FOTO RSESPT

Reseptin məlumatları Baxış sayı: 497

Tarix : 2.09.2019, 12:00

Bölmə : Peçenye reseptləri, Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Kamila Azizbek




Tərkibi:
500-600qr quru meyvə
Ədviyyələr
Bal
Portağal, limon, alma
175 qr muskovado şəkəri
50-80 qr kərə yağı
3-5 qaşıq konyak və ya rom

Hazırlanması:
Bu "içliyin" hazırlanması üçün hər birindən 100 qr olmaqla 500-600 qr quru meyvə və giləmeyvə lazımdır. Burada dəqiq resept yoxdur, istəyinizə bağlıdır. Mən tumsuz qara kişmiş, ağ kişmiş, qurumuş zoğal tapmadım, dondurulmuşunu aldım, elə buradan dondurulmuş qarağat, kuraqa, quru əncir və gavalı aldım.

Giləmeyvəli və quru meyvəli peçenye resepti - FOTO RSESPT


Kuraqa, gavalı və ənciri elə doğradım ki, hamısı eyni ölçüdə olsun. Evdə xurma var idi, onları da doğradım. Əlbəttə ki, tumsuz. Hamısını qarışdırdım, portağal və limon qabığı və suyunu da buraya əlavə etdim. "Qrenni Smit" almasını qabığı ilə kiçik kub şəklində doğradım və onu da qarışıma əlavə etdim.

Daha sonra ədviyyələr: darçın, qərənfil, qoz, zəncəfil - hər biri bir çay qaşığı. Tünd-qəhvəyi muskovado şəkəri - 175 qr, mən onu hələ yayda təsadüfən BazarStore Xətaidə tapmışdım. İki yemək qaşığı bal da tökürük. Qarışdırırıq, qabın ağzını bağlayıb, bir günlük soyuducuya qoyuruq.

Sonrakı axşam mən bu "içliyi" soba qabına yerləşdirdim, üstünə 50-80qr kərə yağı qoydum, folqa ilə sıx bağladım - 2-3 saatlıq 110˚С sobaya bişməyə qoydum. İngilislər kərə yağı əvəzinə, mal əti piyi - suet qoyurlar, ancaq mən Bakıda onu hardan düzgün formada tapa biləcəyimi bilmədim.

Vaxt tamam olduqdan sonra sobadan çıxardırıq, folqanı açırıq, biraz soyudub, 3-5 qaşıq konyak və ya rom tökürük. Qarışdırırıq və qablara yığırıq. Bu içliyi soyuducuda illərlə saxlamaq olar - nə qədər çox qalsa, o qədər dadlı olur.

Giləmeyvəli və quru meyvəli peçenye resepti - FOTO RSESPT


12-18 kiçik piroq üçün xəmir:
450 qr un
239 qr yağ
6-8 yemək qaşığı soyuq su
Yağ və unu əlimizlə qarışdırırıq, suyu isə qaşıq-qaşıq tökürük. Balaca toplar düzəldirik və minimum yarım saatlıq soyuducuya qoyuruq. Bütün gecə qalması daha idealdır. Əsas odur ki, piroqların ağızda ovulan olması üçün xəmiri çox yoğurmayasan. Ona görə toplar hazir olan kimi paketə və soyuducuya yerləşdirin.

Daha sonra açırıq, çox da nazik olmayan 4-5 ml disklər kəsirik, onları maffin formasına yerləşdiririk, üstünə "içlik", bir disklə və ya fiqur ilə üstünü örtürük. Mən fiqur olan variantı daha çox bəyəndim, daha az xəmir alınır.

Giləmeyvəli və quru meyvəli peçenye resepti - FOTO RSESPT

Üzərinə süd çəkir, ağ şəkər səpirik. Öncədən qızdırılmış 220˚С sobada 20-30 dəqiqə açıq karamel rəngi alana qədər bişiririk.

Soyuduqdan sonra üzərinə pudra şəkəri səpib süfrəyə veririk. Bu peçenyeləri ağzı bağlı qabda aylarla saxlamaq olar.

Nuş olsun!

Etiketlər: sonra, qaşıq, tökürük, doğradım, qaşığı, şəkəri, soyuducuya, qədər, yemək, gavalı, qabığı, fiqur, onları, əlavə, kiçik, qoyuruq, xəmir, saatlıq, saxlamaq, açırıq
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN