• Düymə peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 29 408

Tarix : 6-06-2014, 15:04

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kəsmik – 250 q.
Marqarin – 125 q.
Toz-şəkər – 1 st. və 2 x.q.
Un – 2 st.
Yumurta – 1 əd.
Soda – ç.q.
Duz – 1 çimdik
Vanil

Hazırlanması:
Kəsmik ətçəkən maşından və ya xəlbirdən keçirilir.
Un soda ilə qarışdırılıb, ələnir. Yumşaldılmış yağ şəkərlə qarışdırılır, üzərinə yumurta əlavə edilib, bir qədər də çalınır.
Qarışıma sodalı un və kəsmik əlavə edilir, iki yerə bölünür. Bir hissənin üzərinə 1,5 ç.q. kakao əlavə olunur və hər iki qarışım ayrı ayrılıqda yoğrulur.Xəmir 4 mm qalınlığında yayılır.
Badənin köməkliyi ilə yumru formada kəsilir.
Butulka qapağı ilə üzərinə naxış qoyulur. Üzərində 4 ədəd dəlik açılır.
Vam istilikdə bişirilir. Düymə peçenyelər hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, Kəsmik, köməkliyi, Badənin, yumru, yayılır, formada, qalınlığında, qarışım, olunur, ayrılıqda, yoğrulur, Xəmir, kəsilir, Butulka, Düymə, bişirilir, peçenyelər, hazırdır
BİZİ İZLƏYİN