• Pankek resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 248 253

Tarix : 14-10-2015, 14:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta
2 stəkan un
1 stəkan süd
3 x/q şəkər tozu
1 ç/q soda
duz

Hazırlanması:
1. İnqredientlər hazırlanır.
2. Yumurtanın ağı sarısından ayrılır.
3. Yumurtanın ağına şəkər tozu əlavə edilib mikserlə çoxlu qarışdırılır.
4. Yumurtanın ağı şişib qatılaşana kimi mikserlə qarışdırılır.
5. Yumurtanın sarısına süd əlavə olunub mikserlə 3 dəqiqə qarışdırılır.
6. Alınmış kütlələr bir-birinə qarışdırılır (silikon qaşığın köməyi ilə).
7. Hazırlanan kütləyə un, soda, biraz duz əlavə olunub un həll olunana kimi asta-asta qarışdırılır.
8. Pankek (ing. "pancake") bişirmək üçün teflon tavadan istifadə olunur (yapışmaması üçün). Tava qızdırılır. Qaşıqla kütlədən isinmiş tavaya qoyulur.
9. Hər iki tərəfi yaxşı qızardılır.
10. Pankek hazır olduqda soyuması üçün pergament kağızı və ya salfetin üzərinə qoyulur. Süfrəyə şokolad yağı, bal, mürəbbə ilə verilir.

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırılır, Yumurtanın, mikserlə, əlavə, Pankek, istifadə, olunub, şəkər, qoyulur, stəkan, kütlədən, isinmiş, Qaşıqla, tavaya, yapışmaması, bişirmək, pancake, teflon, tavadan, tərəfi
BİZİ İZLƏYİN