• Qozlu əncirli qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 16 882

Tarix : 22-03-2016, 11:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram kərə yağı – otaq hərarətində yumuşaldılmış
1 yumurta
1 stəkan (115 qram) şəkər kirşanı (pudrası)
2 stəkan + 1/3 stəkan (350 qram) un
2 çay qaşığı qabartma tozu
1 stəkan iri-iri doğranmış qoz ləpəsi
5-6 ədəd iri-iri doğranmış quru əncir
Üstü üçün şəkər kirşanı və darçın (istəyə görə)
Quru əncir

Hazırlanması:
Əvvəlcə iri qabda yağ, yumurta və şəkər kirşanını yaxşıca qarışdırın (mikserlə çalmaq lazım deyil).

Ayrıca un və qabartma tozunu qarışdırın. Unlu kütlənin yarısını yağa əlavə edib qarışdırın.
Qoz
Qoz və ənciri əlavə edib yoğurun. Geri qalan unu yavaş-yavaş əlavə edib yumşaq xəmir əldə edənədək yoğurun. Xəmir çox bərk olmamalıdır.

Alınan xəmiri 23 parçaya bölüb hər parçanı yumrulayın. Soba listinin üstünə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm). Sobanı 190Cdək qızdırın.

Xəmir topalarını listin üstünə düzün. Sobanın orta gözündə 15 dəqiqə yaxud qurabiyələrin üstü lap az qızaranadək bişirin (çox qızartmayın).
Sobadan çıxardıb soyumaya qoyun. Soyumuş qurabiyələrin üstünə istəyə görə şəkər kirşanı və darçın ələyə bilərsiniz.

Nuş olsun!
BİZİ İZLƏYİN