• İki rəngli qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 46 849

Tarix : 6-11-2015, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
3 Yumurta,
250 gr margarın (1 paket)
1 st. şəkər tozu (kirşanı da olar)
1 x/q dan biraz çox kakao
1 paket qabartma tozu
3-3.5 st un (“kulak memesi” yumşaqlığında xəmir alınanacan)

Hazırlanması:
2 Yumurtanın sarısını və 1 yumurtanın ağını, şəkər tozunu qəşəngcə çalırıq mixerlə, pesok tamam əriyir.
Margarini əridib qaba qatırıq və mixerlə çalmağa davam edirik.
Unu və qabartma tozunu ələkdən keçiririk, stakan-stakan bayaqki qarışığa əlavə etdikcə yoğururuq, yumşaq xəmir alınır.
Xəmiri bərabər iki hissəyə ayırırıq, bir hissəsinə kakao qatıb yoğururuq.
Sadə xəmiri oxlovla açırıq, kakaolu xəmiri də eyni qalınlıqda(orta qalınlıqda olmalıdırlar, nazik yox) açıb üst-üstə qoyub bir dəfə üstündən oxlov gəzdiririk.
Xəmiri rulet formasında bükürük.
Rulet çox qalın olmamalıdır.
35-40 dəq. ruleti soyuducuda saxlayın.
Sonra bıçaqla 1 barmaq qalınlığında ruleti dilimləyin.
Duxovkanı biraz əvvəlcədən 180dərəcədə isitmək lazımdır ki, yayılmasın qurabiyələr.
Təxminən 10 dəq bişirin.

Nuş olsun!
Etiketlər: qalınlıqda, mixerlə, Xəmiri, xəmir, xəmiri, stakan, qabartma, kakao, paket, tozunu, şəkər, ruleti, biraz, yoğururuq, formasında, bükürük, gəzdiririk, rulet, nazik, kakaolu
BİZİ İZLƏYİN