• Balqabaqlı ağ şokoladlı peçenyelər resepti

Reseptin məlumatları Baxış sayı: 9019

Tarix : 20.07.2016, 19:00

Bölmə : Şirniyyatlar » Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4




Tərkibi:
115 gr (1/2 su stəkanı) kərəyağı
50 gr (1/4 su stəkanı) qəhvəyi şəkər
100 gr (1/2 su stəkanı) şəkər tozu
1 yemək qaşığı vanil
86 gr (6 yemək qaşığı) balqabaq püresi
190 gr (1,5 su stəkanı) un
1/2 çay qaşığı duz
1/2 çay qaşığı qabartma tozu
1,5 yemək qaşığı darçın
1 yemək qaşığı qarışıq balqabaqlı keks ədviyyatı
90 gr (1/2 su stəkanı) kiçik parçalanmış ağ şokolad

Qurabiyələri bulamaq üçün:
100 gr (1 su stəkanı) şəkər
Yarım yemək qaşığı darçın

Hazırlanması:
Kərəyağını əridin. (isti olmasın).
Bir qabda kərəyağ, qəhvəyi və toz şəkəri qarışdırın.
Vanili və balqabaq püresini də əlavə edin və qarışdırın.
Bir qabda un, qabartma tozu, duz, darçın və qarışıq ədviyyatı tökün.
Kərəyağlı qarışıma əlavə edin.
Xəmir halına gələndə ağ şokoladları da əlavə edin.
Xəmiri yarım saat soyuducuda saxlayın.
Kiçik bir qabda qurabiyə toplarını bulamaq üçün toz şəkər və darçını qarışdırıb hazırlayın.
Sobanızı 180 dərəcədə isitməyə başlayın.
İki ədəd soba qabına yağlı kağız sərin.
Xəmiri soyutduqdan sonra xəmirdən 1,5 yemək qaşığı götürün, əlinizlə yumrulayın və darçınlı şəkərə bulayıb soba qabına bütün topları aralarında boşluq qalacaq şəkildə düzün.
Üzərlərini çox yüngül sıxın və sobaya qoyun. sobada 8-10 dəqiqə bişirin.
Sobadan çıxaranda üzərlərinə ağ şokolad parçaları səpin.

Nuş olsun!

Etiketlər: qaşığı, stəkanı, yemək, şəkər, darçın, əlavə, qabda, qabartma, ədviyyatı, qarışdırın, qabına, bulamaq, şokolad, balqabaq, qarışıq, Xəmiri, qəhvəyi, əlinizlə, götürün, yumrulayın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN