• Ləzzətindən çatlamış qurabyiə resepti

Reseptin məlumatları Baxış sayı: 11 102

Tarix : 19-08-2017, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
3.5 st. un,
1 st. əridilmiş kərə yağı,
1 ədəd yumurtanın ağı,
1.5 st. şəkər pudrası,
yarım paket vanil,
yarım paket qabartma tozu

Üzəri üçün:
yumurta sarısı,
şəkər pudrası

Hazırlanması:
Əvvəlcə yağ, şəkər pudrası və vanili ağarana kimi mikserlə çalırıq. Üzərinə yumurta ağını əlavə edib, çalmağa davam edirik. Son olaraq un və qabartma tozu töküb, xəmir yoğururuq. Xəmirdən kiçik ölçülü kündələr tutub, hər birinin üzərindən əlimizlə basaraq yayırıq. Soba qabına düzüb, üzərinə yumurta sarısı çəkirik. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada 20 dəqiqə bişiririk. Üzərinə pudra şəkəri səpərək servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: pudrası, şəkər, yumurta, sarısı, qabartma, paket, yarım, Üzərinə, Əvvəlcədən, düzüb, üzərinə, çəkirik, qabına, basaraq, birinin, üzərindən, əlimizlə, qızdırılmış, yayırıq, dəqiqəni
BİZİ İZLƏYİN