• Sobada Gəncə paxlavası resepti

Reseptin məlumatları Baxış sayı: 17335

Tarix : 27.09.2014, 21:00

Bölmə : Şirniyyatlar » Şərbətli şirniyyatlar

Mətbəx : Gəncə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Xəmir üçün:

1 kq un
100-150 q un
2 yumurta
180 q ərinmiş yağ
50 q hazır şərbət
100 ml gül suyu

İç üçün:
1,5 kq badam
500 q şəkər pudrası
10 ədəd hil

Arası üçün:
700-1000 q kərə yağı

Şərbət üçün:
1000 q şəkər tozu
500 ml su (bunun bir hissəsini gül suyu ilə əvəz edə bilərsiniz)
1 limonun şirəsi

Hazırlanması:
Hamısını qarışdırıb yoğurun, qida plyonkasına bükün. Yarım saat saxlayın.

Təmizlənmiş badamı sobada azca qovurun, qoz maşınından keçirin. Şəkər pudrası əlavə edin. Hilin qabıqlarını təmizləyin, dənələrini həvəngdəstədə 1 ç.q. şəkər tozu ilə döyün. Sonra qozla şəkər pudrasına qarışdırın.

İstəyən badamın 500 q-nı yaşıl italyan fıstığı ilə əvəzləyə bilər. Onu da sobada 130-140 dərəcədə bir az qovurmaq lazımdır (gözləyin, yanmasın).

Şərbət: 1 kq şəkər tozuna 500 ml su götürün, bunun da bir hissəsini gül suyu ilə əvəzləyə bilərsiniz, 1 limonun şirəsini əlavə edin, ocağın üstünə qoyun. Qaynara düşəndən sonra ocağı azaldın, 10 dəqiqə bişirin. Rəngi şəffaf olur. Bundan sonra ocağı bir qədər artırıb şərbət bal rəngi alanadək bişirin.

(Suyun bir hissəsini təzə, süzülmüş portağal şirəsi ilə də əvəz etmək olar, o da dadlıdır).

Üzərinə çəkmək üçün 50 ml zəfəran dəmləməsi ilə 1 yumurtanın sarısını qarışdırın.

Xəmirdən kündə tutub nazik yayın, yağlanmış siniyə döşəyin, üzərinə iç səpib bərabər yayın. Digər kündələri də yayın, eyni qayda ilə üst-üstə döşəyin. Paxlavanı doğrayın. Üzərinə zəfəranlı yumurta qarışığı çəkin. 160-170 dərəcə qızdırılmış sobada bişirin.

Arada ərinmiş yağ tökün. Bişəndən sonra isə qaynar şərbəti üzərinə gəzdirin.

Nuş olsun!

Etiketlər: şəkər, yayın, hissəsini, sonra, sobada, bişirin, qarışdırın, şirəsi, döşəyin, üzərinə, limonun, əvəzləyə, əlavə, bilərsiniz, Üzərinə, pudrası, şərbət, ərinmiş, yumurta, bunun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN