• Gəncə paxlavası resepti

Reseptin məlumatları Baxış sayı: 16489

Tarix : 14.07.2015, 20:00

Bölmə : Şərbətli şirniyyatlar, Xəmir işləri

Mətbəx : Gəncə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Xəmir üçün:

1 stəkan qatıq,
1 ədəd yumurta,
1 stəkan gülab,
250 q kərə yağı,
Bir çimdik duz,
Ala bildiyi qədər un,

Yuxaları yaymaq üçün:
Əlavə un,
Aralarına və üstünə tökmək üçün:
500 q – 1 kq kərə yağı (aparanadək)

İç üçün:
2 kq qoz ləpəsi,
2 kq şəkər tozu(Üstündən 1 st götürürük şərbət üçün),

Şərbət üçün:
1 st şəkər tozu,
1/2 st gülab,
1 dilim limon,

Üz üçün:
Fındıq, qoz ya da badam ləpəsi,
1 ədəd yumurta sarısı,
Zəfəran ya da qırmızı rəng,

Hazırlanması:
Gəncə paxlavası hazırlamaq üçün unu bir qaba ələyib üstünə xəmir üçün olan bütün ərzaqları töküb yumşaq xəmir yoğurun.
Gülab ilə şəkər tozunu bir qazana töküb şərbəti bişirin.
İçinə bir dilim limon əlavə edin.
Qozu qovurub soyutduqdan sonra maşından keçirib şəkər tozu ilə qarışdırın.
Kərə yağını əridin.
Yoğurduğunuz xəmiri iki yerə bölüb hər hissədən 11 kündə ( Yəni 22 kündə) hazırlayın.
Kündənin ikisini bir az böyük, qalanlarını balaca düzəldin.
Böyük kündədən birini göturub qalın yuxa yayın.
Tavanı kərə yağı ilə yağlayıb qalın yuxanı sərin. Yuxa kənarlardan üstə çıxmalıdır.
Tavaya sərdiyiniz yuxanı yağlayıb içlik tökmədən ikinci balaca kündədən yaydığınız yuxanı qoyun.
İkinci yuxanı yağlayıb içlikdən 1 st tökün.
Bu qayda ilə 10-cu yuxaya qədər qatları düzəldin.
Onuncu yuxanı da yayıb yağlayın.
Amma içlik səpməyin.
Böyük kündəni tavanın ağzı boyda yayıb 10-cu yuxanın üstünə qoyun.
Yanlarını bərkidin.
Eni 4 sm olmaqla romb şəklində kəsin.
Kəsilmiş paxlavanın üstünə ya rəng ilə yumurta sarısı qarışığı ya da zəfaran suyu ilə yumurta sarısı qarışığı çəkin.
Zövqə görə istəsəniz yumurtasız zəfəran suyu ya da yumurta sarısı da çəkə bilərsiniz. (Zəfərandən istifadə etdikdə fikir verin ki, dadı acı olanlardan olmasın.
Onda gəncə paxlavası yaxşı dadmayacaq.
Məsləhət görərdim ki, rəngdən istifadə edəsiniz.
Paxlavanın üzünün parıltılı olmağını istəyirsinizsə şərbətdən 2-3 xörək qaşığı götürüb 1 xörək qaşığı bal ilə qarışdırıb əridib paxlava bişib hazır olanda isti-isti üzünə çəkin.
Sonra üstünü ləpələr ilə bəzəyin.
15-20 dəqiqə saxladıqdan sonra 180 dərəcə qızdırılmış fırında üzü az qızaranadək bişirin.
Sonra çıxarıb yağ töküb yenidən fırına qoyun.
Çıxardıqda kəsilən yerləri bir daha kəsin.
Sonra kəsilən aralara yağı tökün.
Üzü tamam qızardıqda sobadan çıxarıb üstünə yəni aralarına şərbəti toküb yenidən 2-3 dəqiqə fırına qoyub götürün.
Gəncə paxlavasını soyuduqdan sonra tavadan çıxarıb düz qablara yığın.
Bu qayda ilə ikinci tavada da gəncə paxlavasını hazırlayın.

Nuş olsun!

Etiketlər: üstünə, yuxanı, yumurta, sarısı, şəkər, töküb, qoyun, yağlayıb, Sonra, sonra, çıxarıb, xörək, qarışığı, paxlavasını, kündə, hazırlayın, yenidən, kündədən, xəmir, ikinci
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
huseyn
ela yemeye deyer puan 127
24 sentyabr 2015 17:32
1
BİZİ İZLƏYİN