• Şokoladlı paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 13 142

Tarix : 4-03-2018, 00:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:
1 kq 100 qr un
150 qr marqarin yağı
2 ədəd yumurta
70 qr kakao
100 qr süd
1 çay qaşığı maya
1 çimdik duz
100 qr su
1 paket vanil
2 xörək qaşığı xama

İçlik üçün:
1 kq qoz
1 kq şəkər tozu
3-4 ədəd üyüdülmüş hil

Şərbət üçün:
800 qr şəkər tozu
400 qr su
1 çimdik limon duzu
300 qr kakao
Ara qatları yağlamaq üçün əridilmiş yağ

Üzəri üçün 2 ədəd yumurta sarısı

Bəzəmək üçün qoz ləpəsi və ya damla şokolad

Hazırlanması:
İçliyi hazırlamaq üçün qozçəkəndən keçirilmiş qoz ləpəsi, şəkər tozu və üyüdülmüş hili qarışdırın.

İlk öncə ələnmiş una ərzaqları əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmirdən 12 ədəd kündə kəsin. Paxlavanın alt və üst qatı üçün 2 kündə təxminən 300 qr olmalıdır. Kündələri oxlovla yayın. Yağlanmış siniyə alt qat yuxanı sərin və kənarlarını səliqəyə salın. İçlik səpin və yuxa yayın.Yağlayıb içlik səpin. Eyni qayda ilə bütün qatları yağlayıb içlik səpin. Ən sonda üst qat (330 qr qədərində olan kündədən biri) yaydığınız yuxanı da sərin və paxlava şəkli verərək kəsin. Üzərinə 2 ədəd yumurta sarısını yaxın və 220 dərəcə qızıdırılmış sobada 25 dəqiqə bişirin.

Bir qabda şəkər tozu və suyu qarışdırın və ocaqda qatılaşanadək bişirin. Üzərinə limon duzu və kakao əlavə edib qarışdırın və ocaqdan götürün.

Bişdikdən sonra paxlavanın üzərinə şərbəti əlavə edin, paxlava dilimlərini qoz ləpəsi və ya damla şokoladla bəzəyin. Paxlavanı 2-3 saatlıq kənarda soyumasını gözləyin. Soyuyan paxlavanı boşqaba düzərək süfrəyə verin.

Nuş olsun!
Etiketlər: “Rollton”, şəkər, əlavə, qarışdırın, ləpəsi, səpin, yumurta, kakao, kündə, Üzərinə, bişirin, damla, kəsin, içlik, yuxanı, yayın, paxlava, sərin, limon, üyüdülmüş, çimdik
BİZİ İZLƏYİN