• Hazır paxlava yuxası ilə dolma resepti

Reseptin məlumatları Baxış sayı: 18 724

Tarix : 18-07-2016, 12:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 kg.hazır paxlava yuxası
400 gr. Qoz
100 gr kərəyağı
1 su stəkanı duru yağ
3.5 su stəkanı su
4 su stəkanı şəkər
Limon suyu

Hazırlanması:
Mən iki çeşid şirniyyat hazırladım.
Bir dolma şirniyyatı , ikincisi isə burma paxlava.
Dolma şirniyyatına təxmini 6-8 qat yuxanın baş tərəfinə qozları sərək və rulon edək. 3 sm enində dilimlərə kəsərək boşqaba düzün.

Burma paxlavası isə tək yuxaya qoz səpib oxlov ilə bükərək büzür.

Üzərinə əridilmiş kərəyağını və duru yağını töküb 200 dərəcəlik sobada qızarana qədər bişirin.

Biri isti, biri soyuq olacaq şəkildə şərbətini tökək.

2 saat sonra şirniyyatımız servisə hazırdır.

Nuş olsun!
Etiketlər: stəkanı, dolma, paxlava, Üzərinə, əridilmiş, yağını, dərəcəlik, töküb, kərəyağını, bükərək, paxlavası, Burma, yuxaya, səpib, sobada, oxlov, büzür, qədər, şirniyyatımız, sonra
BİZİ İZLƏYİN