• Paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 10 334

Tarix : 12-03-2018, 18:30

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yağlamaq üçün:
400 – 450 q kərə yağı

Şərbət üçün:
(hər tavaya 1st şəkər tozu,0,5 su)
2st şəkər tozu
1 st su

Üzü üçün:
2 ədəd yumurta sarısı
Badam ləpəsi ( fındıq ya da qoz ləpəsi qoymaq olar)

Hazırlanması:
Qeyd: Paxlavanın üzünün parıltılı və gözəl olmağını istəyirsinizsə onda paxlavanın şərbətindən 3 x.q götürüb 1 x.q bal ilə əridib firça ilə hazır olan isti paxlavanın üzünə çəkirik.

Hazırlanması: Xəmir və içlik yuxarıda qeyd elədiyimiz kimi şəkərburada olduğu kimi hazırlanır. Sonra şərbəti hazırlayırıq. Qaba suyu və şəkər tozunu əlavə edib qaynara düşən kimi 2-3 dəqiqə qaynadıb, götürük. Üzünə çəkmək üçün yumurta sarısını bir qaba sındırıb çalırıq. Üzü üçün badam ləpəsini təmizləyirik
Xəmir 2 saata acıyır.

Xəmiri hər tava üçün12 hissəyə bölürük. İki kündəni böyük (ən alt və ən üst üçün) qalanlarını isə balaca kündələyirik. Yuxanı (az) unla yayırıq. Tavanı yağlayıb yuxanı səririk. Yuxaya yağ töküb yağlayırıq. Hər qata 1 stəkandan 1 barmaq aşağı içlik səpirik. Yenə yuxanı sərib yağlayırıq. Bu şəkildə bütün qatları hazırlayırıq. Axırıncı qatı qoyduqdan sonra kənarlarını yaxşı düzəldirik. Xəmiri romb şəklində kəsirik. Yarım saat saxlayırıq. Sonra yumurtalayıb ortalarına badam ləpələrini qoyuruq. 180 dərəcə qızdırılmış sobada üzü az qızarana qədər bişiririk. Sonra layları yağıadığımız yağdan qalanını paxlavanı sobadan çıxarıb aralarına tökürük. Dərəcəni 150 dərəcəyə qoyuruq. Üzü tam qızarana yaxın çıxarıb şərbətini tökürük. Hər iki halda bıçaqla kəsilən yerlərlə bir də gedirik ki, həm yağ həm də şərbət hər yana yaxşı yayılsın. Şərbəti tökdükdən sonra sobada 3-5 dəqiqə saxlayıb götürürük. Paxlava ilıq olanda tavadan tək-tək çıxarıb başqa düz qaba aralı yığırıq.

Nuş olsun!
Etiketlər: Sonra, çıxarıb, şəkər, qızarana, dəqiqə, içlik, tökürük, sobada, badam, yuxanı, yağlayırıq, sonra, yaxşı, Xəmir, Xəmiri, qoyuruq, hazırlayırıq, paxlavanın, yumurta, ləpəsi
BİZİ İZLƏYİN