• Kəpənək formalı biskvit tortu resepti

Reseptin məlumatları Baxış sayı: 13 253

Tarix : 7-09-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
5 ədəd yumurta
1 st şəkər tozu
vanil
1 st un

Krem:
1 st süd
1 st şəkər tozu
1 x.q. kraxmal
1 ədəd yumurta
150 qr yağ
vanil

Hazırlanması:
Xəmir üçün ilk öncə yumurtanın ağını sarısından ayırıb, tam ağaranadək çalırıq. Üzərinə az-az çalaraq şəkər tozunu əlavə edirik və çalmağa davam edirik. Tam qarışdıqdan sonra yumurta sarılarını bir-bir əlavə edib,çalırıq. Kənarda vanil və unu əl ilə qarışdırıb, hissə-hissə yumurta qarışımına tökürük. Hazır olmuş xəmiri öncədən isidilmiş sobada bişiririk. *Qeyd. Kəpənək forması üçü bu reseptlə 2 ədəd keks bişirib, əks tərəflərini birləşdirək.

Krem üçün süd, şəkər tozu, kraxmal və yumurtanı qarışdırıb, bişiririk. Krem qaynayanadək qarışdırmağa davam edirik. Soyuduqdan sonra kremə yağ və vanil əlavə edib,mikserlə çalırıq.

Tortu zövqə görə bəzəyib, süfrəyə verə bilərik.

Nuş olsun!
Etiketlər: vanil, şəkər, yumurta, əlavə, çalırıq, edirik, qarışdırıb, hissə, davam, kraxmal, bişiririk, sonra, Xəmir, birləşdirək, tərəflərini, Kəpənək, forması, reseptlə, bişirib, yumurtanı
BİZİ İZLƏYİN