• Napoleon resepti

Reseptin məlumatları Baxış sayı: 6 342

Tarix : 24-11-2018, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : menim_sufrem


Tərkibi:
Xəmir üçün:
Kərə yağı – 600 qr.
Un–750 qr.
Yumurta – 2 ədəd
Soyuq su – 1 st.
Üzüm sirkesi – 1 x.q.
Duz – 1 ç.q.

Krem üçün:
Süd – 2 st.
Kartof nişastası – 1 x.q.
Un – 1 x.q.
Şəkər tozu – 2 st.
Vanilin – 1 ç.q.
Kərə yağı (otaq temperaturunda) – 300 qr.

Hazırlanması:
İlk öncə duru ərzaqlari qarışdırırıq. Yumurta, sirkə, duz ve suyu bir qabda qarışdırın. Bu kütlə 400 ml olmalıdır.Unu masaya qoyun, soyuducudan çıxartdığınız yağı una batıraraq sürtgəcdən keçirin.Unun ortasını açın və hazırladığınız duru qarışımı əlavə edib, xəmiri hazırlayın, lakin yoğurmayın. Unu üstünə gətirə-gətirə, xəmiri toplayın. Forma verib, soyuducuda en azı 2 saat saxlayın.
İndi kremi hazırlayaq: Bir qazançada un, nişasta, şəkər tozu, vanilin qarışdırılır. Qarışdıra-qarışdıra üzərinə süd tökürsüz. Sonra onu orta odun üzərinə qoyursunuz ki, bişsin. Qaynayandan 3-5 dəqiqə sonra oddan götürürsüz, üzərini örtüb, otaq temperaturunda saxlayırsınız.
Sobanı 180-190 dərəcə isidin. Xəmirdən 8-10 kündə kəsin və bir-bir yayıb, üzərini çəngəlləyin. 7-8 dəqiqə bişirib, kənara qoyun. Yagı mikserlə həcmli olana kimi çalın. Sonra onu yavaş-yavaş bişirdiyiniz kremin içinə tökürsünüz, qarışdırırsınız. Krem də hazır!
Qızardılan xəmirlərdən birini ovuntu üçün saxlayın. Digərlərini bir-bir qoyub üzərini yaxşıca kremləyirsiniz. Ən sonda üzərini ovuntu ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: üzərini, gətirə, temperaturunda, xəmiri, yavaş, saxlayın, qoyun, ovuntu, Sonra, Yumurta, dəqiqə, üzərinə, isidin, kəsin, Xəmirdən, kündə, yayıb, örtüb, Qaynayandan, bişsin
BİZİ İZLƏYİN