• Gəlin barmağı tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 898

Tarix : 18-09-2014, 21:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
Xəmir üçün:

1,5 st. su
150 q kərə yağı
240 q (1,5 st.) un
6 yumurta

Krem üçün:
500 q xama
200 q (1 st.) şəkər tozu

Hazırlanması:
Xamanı bir neçə saat soyuducuda saxlayın.

1,5 st. suyu qazana töküb ocağın üstə qoyun. 150 q kərə yağı əlavə edin. Qaynamağa başlayanda qarışdıraraq 1,5 st. un əlavə edin. Ocaqdan götürün. Xəmiri bir az soyudun. Sonra bir-bir yumurtaları əlavə edib çalın.

Konditer şprisinin köməyilə xəmiri yağlanmış siniyə barmaq uzunluqda (5-10 sm) sıxın. Əgər konditer şprisiniz yoxdursa, kağız üçün şəffaf fayl götürün, xəmiri içinə yığın, bir küncünü çəpinə kəsin və paketi sıxın.

180 dərəcə qızdırılmış sobaya qoyun. Təxminən 20 dəqiqə bişirin. Qızarmağa başlayanda sobanı söndürün. "Barmaqlar" tam soyumayınca sobanın qapağını açmayın (bir növ ekler bişirilən kimi).

2 st. soyuq xamanı 1st. şəkər tozu ilə çalın. "Barmaqlar"ı kremə batırıb buluda üst-üstə yığın. Üzərini krem, şokolad, yaxud meyvə ilə bəzəyin.
Gəlin barmağı tortu resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, götürün, sıxın, qoyun, başlayanda, çalın, xəmiri, yığın, Barmaqlar, şəkər, Qızarmağa, sobanı, soyumayınca, söndürün, dəqiqə, paketi, kəsin, dərəcə, qızdırılmış, Təxminən
BİZİ İZLƏYİN