• 8 Mart tortu resepti

Reseptin məlumatları Baxış sayı: 6 133

Tarix : 29-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yumurta
1,5 st şəkər tozu
100 qr yağ
1 st qatıq
2 st un
Vanil
Qabartma tozu
Bu bir biskvitin tərkibidi

Krem üçün:
300 qr kərə yağı
1 banka bişmiş qatılaşmış süd
2 yumurta
5x/q şəkər tozu
3ç/q un
1 st süd
Vanil

Hazırlanması:
İki yumurtanı şəkərlə mikseri söndürmədən 15 dəqiqə çalmalı.

Otaq temperaturunda tam yumşalmış yağ da əlavə olunur.

Qatığı isə az-az əlavə edib yenidən çalınır.

Kütlənin üzərinə vanili, iki dəfə ələnmiş un və qabartma tozunu da əlavə edib,qaşıqla qarışdırılır.Hazır xəmir yağlanmış,unlanmış tavaya töküb,180*də ilk 20 dəqiqə sobanın qapısını açmamaq şərtilə 30 dəqiqədə bişir.

Bu arada bişən kremi hazırlamaq üçün şəkərlə unu qarışdırıb yumurta ilə möhkəm çalınır.

Sonra südü və vanili əlavə edib parda qatılaşana qədər bişirilir.

Krem üçün ayırdığımız kərə yağını mikserlə ağarana qədər möhkəm çalmaq lazımdır. Sonra isə qaşıq-qaşıq qatılaşmış südü sonra isə bişmiş soyumuş kremi asta-asta əlavə edib dayanmadan çalınır.

Hazır biskvitin kənarlarını kəsib tortu bəzəmək üçün üyüdülür.Biskviti ikiyə bölüb hər iki tərəfi kremlənir+doğranmış qoz ləpəsini və portağal xırdalarını əlavə olunur.Zövqə görə bəzədilir.

Nuş olsun!
Etiketlər: əlavə, çalınır, yumurta, vanili, şəkərlə, Hazır, qaşıq, qədər, olunur, dəqiqə, qatılaşmış, Vanil, kremi, şəkər, möhkəm, biskvitin, bişmiş, Sonra, çalmaq, soyumuş
BİZİ İZLƏYİN