• Quş südü tortu resepti

Reseptin məlumatları Baxış sayı: 31 822

Tarix : 10-03-2017, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
7 yumurta sarısı
0,5 stakan şəkər tozu
100 q yumşaq kərə yağı
1 bağlama vanil
1 bağlama qabartma
1 stakan un

Krem-sufle:
1 banka qatlaşdırılmış süd (380 q)
170 q yumşaq kərə yağı
7 yumurtanın ağı
0,5 stakan şəkər tozu
1 çimdik limin duzu və ya duz
30 q jelatin
1/3 qaynadılmış su
0,5 stakan şəkər tozu

Qlazur:
500 ml süd
1 bağlama şokoladlı pudinq

Hazırlanması:
1. 7 yumurtanın sarısını ağından ayırın. Biskvit xəmirini hazırladığınız müddətdə ağları soyuducuda saxlayın. İlk növbədə etməli olduğunuz işlərdən biri də jelatinin şişirdilməsidir :) Bunun üçün 30 q jelatinə otaq temperaturunda olan qaynanmış su əlavə edin və 30 dəq saxlayın.

Sarıları mikserlə çalın və çala-çala 0,5 stakan şəkər tozunu əlavə edin. Sarıları ağarana kimi çalmalısınız. Bir çox xanımlar düşünür ki biskvitin yumurtalarını nə qədər çalsan bir o qədər yaxşıdır – bu gün mən başa düşdüm ki bu belə deyil..) Deməli əsas məsələ yumurtaları çalarkən mikseri qabın dibinə yapışdırmamaqdır. O “drrrrrrr…” səsi eşidilməməlidir. Bunun üçün qabı 45 dərəcə bucaq altında əyib mikserlə təkcə məhlula toxunmağa çalışın.

Sarılar ağaran kimi 100 q yumşaq kərə yağını əlavə edin. Yağı əvvəlcədən xırda-xırda doğrasaz çalmaq daha asan olacaq. Yağ tam həll olunandan sonra məhlula vanil və qabartmanı töküb qarışdırın. Sonda isə 1 stakan unu ələkdən keçirib biskvitin xəmirini kiçik sürətdə mikserlə astaca çalın.. Hazırdır!

2. Biskviti xüsusi altı açılan formada bişirmək lazımdlr. Hər ehtimala qarşı formanın dibinə yağlanmış bişirmə kağızı sala bilərsiz. Biskvit əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 25 dəq bişməlidir. Biskvitin hazırlığını çöplə yoxlayın. Əgər biskvitə salınan çöp quru çıxırsa deməli hazırdır. Yox, çöp nəm olsa biskviti daha 5-7 dəq sobada saxlaya bilərziniz. Hazır biskvit soyumalıdır.

3.Biskviti bişirib soyumağa qoyduqdan sonra krem-suflenin hazırlanmasına başlaya bilərsiniz. Krem-sufle iki hissədən ibarətdir. Onları krem 1 və krem 2 adlandıraq.

Krem 1 üçün 1 banka “squşyonka”nı 170 q yumşaq kərə yağı ilə çalın. Zövqə görə vanil əlavə edə bilərsiniz.

Krem 2 üçün 7 yumurtanın ağını 0,5 stakan şəkər tozu və 1 çimdik limin duzu və ya adi duzla çalın. Bezə yaxşı alınsın deyə ilk növbədə ağların çalınacağı qabın və mikserin təmiz və quru olmasına diqqət edin. Ağları 5-7 dəq çaldıqdan sonra şəkər tozunu əlavə edin. Daha şişmiş jelatini qazancada 0,5 stakan şəkər tozu ilə əritmək və soyutmalısınız. Jelatini ağlara qatıb astaca çalmaq lazımdır.

Sonda Krem 2-yə Krem 1-i əlavə edib sonuncu dəfə yaxşıca çalın.

4. Soyumuş biskviti formadan çıxarıb və iki yerə bölüb yenidən formaya qaytarmaq lazımdır. Üzərinə kremin 2/3 hissəsini əlavə edib ikinci korjla örtmək lazımdır. Eyni proseduru ikinci korjla da etmək lazımdır-yəni qalan 1/3 hissə kremi əlavə edib korjun üzərində bərabər paylaşdırın. Sonda bu gözəlliyi şokoladlı qlazur ilə örtmək lazımdır. Biz bunun üçün hazır pudinqdən istifadə edirik, amma Siz istədiyiniz şokoladlı qlazuru hazırlayıb ondan istifadə edə bilərsiniz.

5.Pudinq hazırlamaq isə çox asandır. Südü qazancada qızdırıb pudinq tozunu əlavə edin və q atılaşana kimi qarışdırı. Hər pudinqin qablaşdırmasında onun hazırlanma qaydası qeyd olunub.

Tortun üzərini qlazurla örtməklə tortun hazırlanma prosesini yekunlaşdıra bilərsiniz. Amma biz qlazurun üzərinə südlü şokolad qırıntıları səpdik. Belə o daha gözəl olur.. Zövqə görə sizdə səpə bilərsiniz. Hazır tortu 3-4 saat ərzində soyuducuda saxlamaq lazımdır.

Soyuducudan çıxardın sonra tortu nəhayət formadan da çıxartmaq olar. Bu zaman tortun qıraqlarını da qlazurla örtun… Vəssalam “Quş südü” tortu hazırdır.

Yüngül biskvit və ağızda əriyən sufle şokoladın dadına qarışır və bu dad quş kimi göylərə qaldırır.

Nuş olsun!
Etiketlər: əlavə, stakan, şəkər, lazımdır, çalın, bilərsiniz, yumşaq, sonra, Sonda, şokoladlı, tozunu, yumurtanın, vanil, bağlama, tortu, sufle, mikserlə, çalmaq, qədər, biskvitin
BİZİ İZLƏYİN