• Truffle tortu resepti

Reseptin məlumatları Baxış sayı: 30 780

Tarix : 5-02-2016, 14:30

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskivit üçün:

yumurta - 6 ədəd
şəkər tozu - 2/3 stəkan
un - 3/5 stəkan
kakao - 2 xörək qaşığı
soyuq su - 2 xörək qaşığı
qabartma tozu - 1 çay qaşığı
vanil - 1 paket

Krem üçün:
südlü şokolad - 300 q
qaymaq - 2 stəkan
şəkər pudrası - 1 xörək qaşığı

Hazırlanması:
Yumurtalar və şəkər mikserlə ağarana kimi çalınır.
Mən miqdarları yarıya bölərək, iki biskivit hazırladım.

Sonra kakao, un, vanil, su və qabartma tozunu əlavə edərək, qaşıq və ya qarışdırıcı ilə yavaş-yavaş qarışdırırq.

Hamısı qarışdıqdan sonra yağlanmış biskivit qabının içərisinə xəmirimizi tökürük, 180 dərəcədə, qalxıb üzəri azca qızaranadək bişiririk.

Kremi hazırlamaq üçün isə qaymağı bir az isidirik, şəkər pudrasını və şokoladları da doğrayıb üzərinə əlavə edib, qarışdırırıq.

Tam əriyib qarışdıqdan sonra soyuducuya qoyuruq, krem halına düşənədək bərkiməsini gözləyirik.

Biskiviti hazırdır, ortadan kəsərək iki hissəyə ayırırıq.

Üzərinə kremi çəkirik, digər biskiviti üstünə qoyub hər tərəfini kremləyirik.

Üzərini kakao, kakos, çərəz ovuntuları, digər xırdalanmış bəzək şirniyyatları ilə və ya ürəyiniz necə istəyirsə elə də bəzəyə bilərsiniz.
Mən kakao səpdim və hazırladığım sadə truffleləri düzdüm.

Nuş olsun!
Etiketlər: şəkər, qaşığı, kakao, xörək, stəkan, qarışdıqdan, sonra, digər, biskivit, vanil, qabartma, yavaş, əlavə, hissəyə, ayırırıq, Üzərinə, çəkirik, kəsərək, kremi, bərkiməsini
BİZİ İZLƏYİN