• Üzümlü tart resepti

Reseptin məlumatları Baxış sayı: 13 975

Tarix : 5-07-2016, 19:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
125 qr kərə yağı
1 çay stəkanı pudra şəkəri
2 su stəkanı un
1 yumurta sarısı
1 paket qabartma tozu
1 paket vanil

Krem üçün:
2 su stəkanı süd
2,5 yemək qaşığı un
1 çay stəkanı toz şəkər
1 yumurta
1 paket vanil

Üzəri üçün:
250 qr qara üzüm
Pudra şəkəri

Hazırlanması:
Yumurta, kərə yağı və toz şəkəri mətbəx robotu ilə qarışdırın.
Üzərinə un, qabartma tozu və vanil əlavə edərək yoğurun.
Tart qəlibini yağlayın və xəmiri içinə yayın.
Çəngəllə bir neçə yerindən dəlin.
180 C nizamlı sobada yüngül qızarana qədər bişirin.
Kremi üçün süd, un, şəkər, yumurta və vanili qarışdırıb pudinq konsistensiyasına gələnə qədər bişirin.
Puding iliq olduqda tartın içinə tökün.
Üzərinə qara üzüm dənələrini qoyun.
İstədiyinizə görə pudra şəkəri səpərək süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: şəkəri, stəkanı, paket, vanil, yumurta, bişirin, Üzərinə, şəkər, qədər, içinə, pudra, qabartma, pudinq, konsistensiyasına, gələnə, qarışdırıb, vanili, qızarana, sarısı, Kremi
BİZİ İZLƏYİN