• Pryanik tortu resepti

Reseptin məlumatları Baxış sayı: 16 083

Tarix : 5-08-2016, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q şokoladlı pryanik
600 q 20-30%-li xama
100 q şəkər pudrası
2 banan
qoz
kokos yonqarı
şokolad

Hazırlanması:
Pryanikləri uzununa iki yerə bölün. Bananları fal-fal doğrayın. Xamanı şəkər pudrası ilə qarışdırın. Qozu bıçaqla doğrayın (çox xırda olmasın).

Dərin yumru qabın içinə qida plyonkası çəkin, qıraqları sallansın.
Pryanik parçalarını xamaya batırıb qabın dibinə yığın. Aralarındakı boşluqları pryanik qırıqları ilə doldurun.
Üzərinə bir lay banan döşəyin.
Növbəti lay yenə xamaya batırılmış pryaniklərdir.
Yenidən banan döşəyib üzərinə qoz səpin.
Sonuncu lay yenə xamaya batırılmış pryaniklərdir.
Layların sayı çox da ola bilər, hər şey ərzaqdan və formanın ölçüsündən asılıdır.
Başqa meyvə də götürə bilərsiniz. Həmçinin qozu hər layın üzərinə səpə, yaxud ümumiyyətlə qoz işlətməyə bilərsiniz.
Tortu otaq temperaturunda bir neçə saat saxlayın, sonra isə soyuducuda ən azı 3 saat soyudun.
Boşqaba tərs çevirib plyonkanı çıxarın.
Süfrəyə verərkən üzərinə şokoladı sürtgəcdən keçirə, sadəcə kakao səpə, şokoladı əridib çəkə, yaxud da kokos yonqarı ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, xamaya, bilərsiniz, banan, qabın, şokoladı, pryaniklərdir, yaxud, doğrayın, batırılmış, pryanik, pudrası, yonqarı, şəkər, kokos, işlətməyə, Həmçinin, ümumiyyətlə, götürə, layın
BİZİ İZLƏYİN