• Qarışqa yuvası tortu resepti

Reseptin məlumatları Baxış sayı: 59 136

Tarix : 27-07-2014, 02:08

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q un
1 yumurta
125 q süd
400 q qatılaşdırılmış süd
200 q marqarin (kərə yağı), xəmir üçün
200 q kərə yağı, krem üçün

Hazırlanması:
Qatılaşdırılmış südü, bankanın ağzını açmadan, suda 1,5 saat qaynadın.
Yağı çalın, yumurta, süd, un, azacıq duz əlavə edib xəmir yoğurun. Kündələyib yarım saatlığa soyuducuya qoyun.
Soyumuş xəmiri ət maşınından keçirib aldığı formanı pozmadan 230 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.
Krem üçün yumşaldılmış yağı çalın və tədricən qaynanıb soyudulmuş qatılaşdırılmış südü əlavə edin.
Bişmiş xəmirin bir hissəsini bəzək üçün ayırın, yerdə qalanını kremlə qarışdırıb sininin ortasına təpələmə yığın. Üzərinə isə kənara ayırdığınız biskvit parçalarını səpin. Tortu souyuducuya qoyun. Süfrəyə verməzdən əvvəl üzərinə şokolad əridib gəzdirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, çalın, xəmir, qoyun, yumurta, qatılaşdırılmış, sininin, ortasına, yığın, Üzərinə, kənara, təpələmə, kremlə, bəzək, hissəsini, xəmirin, ayırın, yerdə, ayırdığınız, qalanını
BİZİ İZLƏYİN