• Evcik deserti resepti

Reseptin məlumatları Baxış sayı: 19 243

Tarix : 2-01-2016, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q kərə yağı
6 yumurta
1,5 st. su
1,5 st. un
1 st. xırdalanmış qoz

Krem:
1 banka xama
şəkər tozu (zövqə görə)

Hazırlanması:
Suyu qazana tökün, ocağa qoyun. Kərə yağı əlavə edin, qaynara düşəndə un səpin, qarışdırın. Ocaqdan götürün. Soyudun.

Bir-bir yumurtaları əlavə edərək çalın.

Ya qaşığın, ya da kulinariya torbasının köməyi ilə siniyə eyni uzunluqda şəridlər formasında xəmiri yayın (bunlar gələcək evciyin "şalbanlarıdır"). Sobada 180 dərəcə istilikdə hazır olanadək bişirin.

Xama ilə şəkər tozunu çalın.

Bişirdiyiniz "şalbanları" kremə batıraraq üst-üstə yığıb evcik düzəldin.

Üzərinə xırdalanmış qoz səpin.

Nuş olsun!
Etiketlər: çalın, əlavə, səpin, şəkər, xırdalanmış, Sobada, hazır, dərəcə, istilikdə, evciyin, yayın, xəmiri, bunlar, gələcək, olanadək, şalbanlarıdır, tozunu, evcik, düzəldin, Üzərinə
BİZİ İZLƏYİN